Media mədəniyyəti — mədəniyyətşünaslıqda XX əsrdən etibarən kütləvi informasiya vasitələrinin təsiri altında yaranan və inkişaf edən müasir Qərb kapitalist cəmiyyətinə aid edilən termin.Jansson (2002)Thoman (1992)Thomas (2012) p.30 quotation: Bu termin medianın (ilk növbədə televiziya, həm də mətbuat, radio və kino) təkcə ictimai rəyə deyil, həm də zövqlərə və dəyərlərə göstərdiyi ümumi təsir və intellektual rəhbərliyi nəzərdə tutur.

Alternativ bir termin olan kütləvi mədəniyyət belə mədəniyyətin XX əsrdən əvvəl populyar incəsənətin yaratdığı kimi kütlələrin özündən kortəbii şəkildə meydana çıxması fikrini ifadə edir.Adorno (1963) quotation: Media mədəniyyəti ifadəsi belə mədəniyyətin kütləvi informasiya vasitələrinin məhsulu olması fikrini çatdırır. Media mədəniyyəti üçün istifadə olunan başqa bir alternativ termin "imic mədəniyyəti"dir.

Media mədəniyyəti reklam və ictimaiyyətlə əlaqələrdə baş tutan tənəzzül halları ilə çox vaxt cəmiyyət kütləsinin manipulyasiyasına əsaslanan bir sistem kimi qəbul edilir.Bignell (2007) pp.21–2 Korporativ media "əsasən hakim ideologiyaları təmsil etmək və təkrar istehsal etmək üçün istifadə olunur".Nomai (2008) pp.5 , 41 Bu perspektivin inkişafında 1940-cı illərdən bəri Teodor Adornonun əhəmiyyətli hesab olunur. Media mədəniyyəti konsumerizm ilə əlaqələndirilir və bu mənada alternativ olaraq "istehlak mədəniyyəti" adlandırılır.

Din vasitəsilə Kütləvi marketinqdə media mədəniyyəti keçmişdə dinlərin rolu ilə müqayisə edilir. Bunun köhnə ənənəvi dinlərin yerini tutmuş qəbul edilmişdir.from Debord (1977) thesis 20: "The spectacle is the material reconstruction of the religious illusion."Debord (1967) thesis 25 on the spectacle and the sacredNomai (2008) p.176 Müəyyən bir məhsula olan həvəs dalğaları və səciyyəvi konsumerist fenomen "köhnə dini fetişizmin sarsıntıları və möcüzələrinin ekstazları" ilə müqayisə edilmişdir.Debord (1977) Thesis 67from Debord (1977) thesis 132: "The masters who make history their private property, under the protection of myth, possess first of all a private ownership of the mode of illusion: in China and Egypt they long held a monopoly over the immortality of the soul .

Əksinə, Qərb dünyasında dominant dini qurum olan Katolik Kilsəsi retrospektiv olaraq ictimai münasibətlərin, reklamçının və çoxmillətli korporasiyanın qabaqcıl və təkmil forması kimi qəbul edilmiş, məhsulunu ibadətçilər kütləsinə satmışdır.Ballardini, Bruno (2006) Gesù lava più bianco. Ballardini, Bruno (2011) 'Gesù e i saldi di fine stagione.

Simvolik istehlak İstehlakçıların qərarları təkcə maddi nemətlərin təmin etdiyi iqtisadi faydalılıq konsepsiyası əsasında deyil, həm də cəmiyyət və qrup şəxsiyyəti kontekstində insanın özünü və yerini axtarmaq baxımından simvolik dəyərinə görə qəbul edilir. Başqa sözlə, istehlakçıların satın aldıqları məhsullar onların kim olduqları və kiminlə eyniləşdikləri haqqında narrativ yaratmanın bir hissəsidir.

Alimlər simvolik istehlakı sosial konstruksiya kimi görürlər. Məhsul şəxsiyyətin ifadəsi kimi qrup məhsulun simvolik mənası ilə bağlı qavrayışı paylaşdığı halda təsirli olur. Bu mənalar reklam, jurnal və televiziya vasitəsilə istehlakçılara çatdırılır.

Jan Pol Sartr yazırdı ki, müəyyən şərtlər altında əşyalar, hətta insanlar genişlənmiş "öz" anlayışının bir hissəsinə çevrilə bilər. İstehlakçılar keçmişlərinə sadiq qalmaq və ya davamlılığı pozmaq, özlərini başa düşmək və mənlik duyğusunda dəyişiklikləri ifadə etmək üçün istehlak seçimlərinə əsaslanaraq həyat narrativlərini inkişaf etdirə bilərlər. İstehlak yolu ilə "həyat tərzi" assosiasiyasının yaradılması köhnə mənliyi və ya müəyyən sosial qrupları simvolikləşdirən keçmiş istehlak nümunələrindən qaçmaq deməkdir. Məhsulların simvolizmi sosial olaraq paylaşılan inanclara əsaslanır.

Həmçinin bax

İstinadlar

Ədəbiyyat Adorno (1963) Culture Industry Reconsidered Bignell, Jonathan (2007) Postmodern Media Culture Debord (1977) The Society of the Spectacle, translation by Fredy Perlman and Jon Supak (Black & Red, 1970; rev. ed. 1977). Online at Library.nothingness.org (accessdate=2011–08-20) Debord (1994) The Society of the Spectacle, translation by Donald Nicholson-Smith (New York: Zone Books). Online at Cddc.vt.edu (accessdate=2011–08-20) Jansson, André (2002) The Mediatization of Consumption, Journal of Consumer Culture, March 2002 vol. 2 no. 1 5–31 Nomai, Afsheen Joseph (2008) Culture Jamming: Ideological Struggle and the Possibilities for Social Change. Free pdf download available. Thoman, Elizabeth (1992) Rise of the Image Culture, in Media & Values, Issue# 57 Thomas, P. L. (2012) Ignoring Poverty in the U. S. the Corporate Takeover of Public Education

Əlavə ədəbiyyat Duncan, Barry (1988). Mass Media and Popular Culture. Toronto, Ont.: Harcourt, Brace & Co. Canada.

Kateqoriya:Sosial nüfuz Kateqoriya:Kütləvi mədəniyyət Kateqoriya:Mediaşünaslıq