Balağa Bağırov () — Azərbaycanlı alim, cərrah, əməkdar həkim, səhiyyə əlaçısı, tibb elmləri namizədi.
Həyatı Balağa Rəzzaq oğlu Bağırov Lerik rayonunun Xəlifəkənd kəndində anadan olmuşdur.
1990-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Balağa Bağırova "Əməkdar həkim" fəxri adı verilmişdir.
1952-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmiş, Lerik Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri kimi əmək fəaliyyətinə başlamışdır. O, 1954-1964-cü illərdə Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmişdir. Bu vəzifədə çalışdığı 10 il ərzində Şingədulan, Boykəndil, Əliabad, Vizəzəmin, Qosmalıan, Veri kəndlərində xəstəxanaların, bir sıra kəndlərdə feldşer-mama məntəqələrinin açılmasına nail olmuşdur. Balağa Bağırov 1955-1964-cü illərdə eyni zamanda rayon xalq deputatları sovetinin deputatı və rayon partiya komitəsinin üzvü olmuşdur.
Balağa Bağırov 1964-cü ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında təhsil almış, 1968-ci ildə ona tibb elmləri namizədi alimlik dərəcəsi verilmişdir. O, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmış, 1969-1981-ci illərdə həmin institutun baş həkimi olmuşdur. Daha sonra həmin institutda baş həkimin müalicə işləri üzrə müavini, uşaq travmatologiyası şöbəsinin həkimi vəzifələrində çalışmışdır. 1990-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Balağa Bağırova “Əməkdar həkim” fəxri adı verilmişdir. Balağa Bağırov dörd kitabın, tibbə dair bir neçə dərs vəsaitinin, 100-ə yaxın elmi məqalənin müəllifidir. Elmi məqalələri Azərbaycanda, MDB məkanında və digər xarici ölkələrdə çap olunmuşdur. Eləcə də elmi-publisistik yazıları dövri mətbuatda, müxtəlif elmi-populyar jurnallarda dərc edilmişdir. Balağa Bağırov 2012-ci ildə vəfat etmişdir.
Fəaliyyəti
Əmək fəaliyyəti
Elmi fəaliyyəti
İctimai fəaliyyəti
Bədii fəaliyyəti Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər