Dmitri Sergeyeviç Peskov () — Rusiyanın dövlət xadimi. 2012-ci il mayın 22-dən Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi. Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri vəzifəsini icra edir (2005). Rusiya Federasiyası Hökuməti sədrinin mətbuat katibi (2008-2012). Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı, ABŞ, Kanada, Yaponiya, Böyük Britaniya və bir sıra digər ölkələr ona qarşı şəxsi sanksiyalar tətbiq edib.

Həyatı 17 oktyabr 1967-ci ildə Moskvada anadan olub. 1983-cü ildə Moskvadakı 1243 nömrəli xüsusi məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra ikinci cəhddə Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutuna daxil olub. 1989-cu ildə “tarixçi-şərqşünas, köməkçi-tərcüməçi” ixtisası üzrə institutu bitirmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr tərcüməçiləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:XXI əsr Rusiya siyasətçiləri Kateqoriya:SSRİ diplomatları Kateqoriya:Rusiya diplomatları Kateqoriya:Rusiya şərqşünasları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:ABŞ Xəzinədarlıq Departamenti tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Rus millətçiliyi Kateqoriya:Antiatlantizm