İvan Tixonov () — Rusiyanı və Azərbaycanı təmsil edən idman gimnastı.
Karyerası İvan Tixonov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçiləri Ruslan İrqaşev və Eldar Səfərovdur.
Rusiyada ciddi rəqabətə görə İvan Tixonov yığmanın əsas heyətində yer almağı bacarmırdı və buna görə də Dünya və Avropa Çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə çıxış edə bilmirdi. 2018-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) İvan Tixonova Azərbaycan yığmasının heyətinə cəlb etdi.
2019-cu ildə Azərbaycanı Avropa Oyunlarında təmsil edən İvan Tixonov həmin il həm də Almaniyanın Ştutqart şəhərində baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.
İvan Tixonov 2021-ci ildə Azərbaycanı Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. İvan Tixonov ümumi nəticədə təsnifat mərhələsini 80.298 balla 45-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ayrı-ayrı alətlərdə də İvan Tixonov final mərhələsinə vəsiqə qazana bilmədi.
2022-ci ildə İvan Tixonov Konya şəhərində baş tutan İslam Həmrəyliyi Oyunlarında bir qızıl, bir gümüş və bir bürünc medala sahib oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın idman gimnastları Kateqoriya:Azərbaycanın olimpiya gimnastları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:2019 Avropa Oyunlarında gimnastlar Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Azərbaycanın idman ustaları Kateqoriya:Rusiya idman ustaları