İraq-Türkman folkloru — İraqda toplu halında yaşayan türkmanların şifahi xalq ədəbiyyatı. İraq türkmanları tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək qədim Messopatamiya, indiki İraq ərazisinin şimalında məskunlaşan türkmənşəlli xalqdır. Haqqında İraq-türkman folkloru tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək İraqın şimalında, əsasən, Kərkük, Ərbil, Daquq, Tuzxurmatu vilayətində toplu halda yaşayan, azərbaycanca danışan xalqın şifahi xalq ədəbiyyatıdır. , , , . Müxtəlif mənbələrdə Azərbaycanda və İraqda yaşayan türkmənşəlli xalq türkman kimi qeyd olunur , Rza Dəmirçi. Gələcək nüfus sayımı və İraq türkmanları. «Qardaşlıq» jurnalı, № 6, Bağdad, 1970 , Kitabi-Dədə Qorqud (Tərtib edənlər: Fərhad Zeynalov, Samət Əüzadə), Bakı, Yazıçı, 1988, Dəmirçizadə Ə.M. Azəri ədəbi dili tarixi, Bakı, 1967, «Qardaşlıq», № 5, 1967, Azərbaycan nağılları (Tərtib edəniƏ. Axundov), II cild, Bakı, 1970. İraq-türkman şifahi xalq yaradıcılığını hərtərəfli olaraq sistemli şəkildə ilk dəfə Əməkdar elm xadimi Qəzənfər Paşayev tədqiqata cəlb etmişdirQəzənfər Paşayev. Kərkük folklorunun janrları. Bakı: "Elm", 2003. İraq-türkman folklor nümunələri mənzum və mənsur olaraq iki qrupa bölünürhttps://ekitap.ktb.gov.tr/TR-78493/irak-kerkuk-turk-edebiyati-6cilt.html . Türkman xalq ədəbiyyatının mənzum örnəkləri musiqi havalarının dilidir. Mənsur örnəklərə isə nağıllar, atalar sözü və məsəllər, tapmacalar, dastanlar aid edilir.

Janrları İraq-türkman folklorunun janrları şərti olaraq 3 qrupa - Mərasim folkloru, Lirik janrlar, Epik janrlar bölünür

Mərasim folkloru 250px|thumb|right|alt=Kərküklülər yeni ili qeyd edir Xalqın düşüncə və həyat tərzini əhatə edən mərasim folkloru ilkin janrlar, xalq mərasim və nəğmələri olaraq iki hissəyə bölünür. İraq-türkman folklorunda ilkin janr örnəkləri müxtəlif illərdə çap olunmuşdur «Qardaşlıq» jurnalı, İraq, Bağdad, 1961-1976, Əbdüllətif Bəndəroğlu. İraq-türkman ədəbiyyatı yolunda bir addım. İraq, Bağdad, 1962, Kərkük folklora antologiyası (Toplayanı və tərtib edəni Qəzənfər Paşayev), Bakı, Azərnəşr, 1987, təkrar nəşr 1990 , Şərifli M. "Eldəgəz" haqqında. V.İ.Lenin adına APİ. Elmi Əsərlər, 1946, № 1 . Aşağıdakı janrlar aiddir. İnanclar - Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inanc, inam adları ilə tanınan bu janr İraq-türkman folklorunda inanc kimi tanınırƏbdüllətif Bəndəroğlu. Şah əsər. //"İraq-türkman folkloru" kitabı. Bakı, Yazıçı, 1992 , Məhəmməd Xurşid.Əski sözlər bağçası, Bağdad, 1989 . İraq-türkman folklorunda inanclar məişət və mərasimlərlə, təbiət hadisələri, bitki və heyvanat aləmi ilə, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlıdırXalisbeyli T. Nizami Gəncəvi və Azərbaycan folkloru. Dok. dis., Bakı, 1991,İbrahim Daquqi. İraq türkmanları. Dilləri, tarixləri və ədəbiyyatları, Ankara, 1970. Yemindlər - Kərkük folklorunda bu qədim janr gah "and", gah "yemind", gah da "qəsəm" kimi tanınır. Bir qisim andlar səma cisimləri ilə, digər qisim isə islam dini, bərəkət və xeyirlə bağlıdır. Dualar - Duanın əsasında dayanan alqışda başlıca cəhət yaxşılıq və uğur diləməkdirNəbiyev A. El nəğmələri, xalq oyunları, B.,6. Azərbaycan folklorunda olduğu kimi burada da "Qurbanın olum", "Başına dolanım", "Önündə ölüm", "Böyüyümsən, ağamsan" və eləcə də "Sənə fəda olum", "Ayağının altında ölüm,ağamsan" kimi ifadələrdən istifadə olunur. Bəddualar - Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: 1. Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. 2.Mərasimlərlə bağlı yaranan bəddualar. 3. Məişətlə bağlı yaranan bəddualarŞakir Sabir Zabit. Kərkükdə ictimai həyat. İraq, Bağdad, 1962 , Tərzibaşı Əta. Kərkük xoy. və maniləri, İstanbul, 1975 , K ərkük folklora antologiyası (Toplayanı və tərtib edəni Qəzənfər Paşayev), Bakı, Azərnəşr, 1987, təkrar nəşr 1990. Fallar - İraq-türkman folklorunda ən çox özünü göstərən inamlarla bağlı fala baxmadır. Azərbaycanda fallar əsasən iki şəkildə olmuşdur. Bunlardan daha çox ibtidaisi "göz falı", buna nisbətən daha sonrakı dövrlərə aid olan isə "qulaq falı"dırTəhmasib M.H. Xalq ədəbiyyatımızda mərasim və mövsüm nəğmələri, Nam. dis., Bakı, 1945 . Bu, İraq-türkman folklorunda da belədir. Göz falları içərisində lap qədim dövrlərlə, atəşpərəstliklə bağlı yarananları da vardır. Məsələn, Kərkükdə "Baba Gur-Gur" adlı məşhur yer vardır. Buradan daimi olaraq alov çıxdığına görə müqəddəs hesab edilir və buraya niyyət tutmağa, murad diləməyə gəlirlər. "Cümə daşı atmaq" qulaq falına ən yaxşı nümunə kimi səciyyəvidir. Hər hansı bir qadın səfərə çıxmış bir yaxını barədə və ya bir xəstənin şəfa tapması barədə niyyət tutaraq cümə namazının azanı oxunarkən bir yol başında yolun hər iki tərəfinə daş atır və namaza gedənlərin danışdığı sözlərdən asılı olaraq tutduğu niyyətin yaxşı və ya pis olacağı barədə nəticə çıxarırdı.

Xalq mərasim və nəğmələri İraq-türkman folklorunda mərasim və nəğmələr üç yerə bölünür. Mövsüm mərasim və nəğmələri - ayrı-ayrı təbiət hadisələrinə inam və etiqadlar öz əksini tapır. Burada yağışın yağması, küləyin əsməsi, ümumiyyətlə, oda, suya, küləyə və s. inam və etiqadlarla əlaqədar yaranan mərasim və nəğmələr üstünlük təşkil edir Штокмар М. Стихотворная форма русских пословиц, по-говорок, загадок, прибауток. Журнал "Звезда востока", № 11,1965 , "Qardaşlıq",№ 5, 1963. Kərkük dolaylarında bu nəğmələr arasında geniş yayılanı yağışla bağlı olanlardır. Bir yağış arzusu ilə "Kosa gəldi", "Qodu" və eləcə də "Çəmçələ qız" mərasimlərinə hazırlıq görülər Xalisbeyli T. Nizami Gəncəvi və Azərbaycan folkloru. Dok. dis., Bakı, 1991 , Molla Nəsrəddin lətifələri (Tərtib edəni M. Təhmasib), Azərbaycan SSR EA-nın nəşriyyatı, Bakı, 1965 . Dini mərasim və nəğmələr - Kərkükdə keçmişdə Cıdır meydanına yığışıb yarışa baxar, zurna və nağaraların sədaları altında seyrangahlarda rəqs edərlərmiş. Məişət mərasim və nəğmələri - İraq-türkman folklorunda məişət mərasim və nəğmələri xalqın məişət həyatında mühüm yer tutmuş, onlarda xalqa çoxəsrlik adət-ənənəsi, dünyabaxışı ifadə olunmuşdurNəbiyev Azad. Azərbaycan folklorunun janrları. I hissə, Bakı, ADU-nun nəşriyyatı, 1983. İraq-türkman folklorunda da məişət mərasim və nəğmələri xalqın keçdiyi tarixi yolu, onun poetik təfəkkür tərzini aydınlaşdırmaqda böyük əhəmiyyət daşıyırAbdullayev Bəhlul. Haqqın səsi. Bakı, Azəməşr, 1989 . Buraya yas və toy mərasim nəğmələri aiddir. Azərbaycanda ağı,Türkiyədə ağıt adlanan yas mərasiminə Kərkük dolaylarında sazlamaq deyirlər ki, bu da sızlamaq sözündən yaranmışdırTərzibaşı Əta. Kərkük xoy. və maniləri, İstanbul, 1975 , Tərzibaşı Əta. Kərkük xoyratarı və maniləri, I cild, Bağdad, 1955. Əziz bir şəxs öləndə yas məclisinə peşəkar "yuğçu" - "yığçı"ların dəvət olunması, onların dedikləri ağıların təsiri altında göz yaşı töküb ağlamaq qədimdən qalma adətdirHaqvərdiyev Ə. Seçilmiş əsərləri, II cild, Bakı, 1957. Toy mərasimi ilə əlaqədar nəğmələri aşağıdakılardır: Toyun müxtəlif anlarında gəlinin tərifinə həsr olunmuş nəğmələr Müxtəlif mərasimlər zamanı, məsələn, hamama gedilən zaman və ya xınayaxdı keçirilərkən oxunan mahnılar Toy və halay mahnıları (Tərtib edəni B.Şahsoylu), Bakı, Gənclik, 1980 Halay vaxtı iki qrup tərəfindən icra olunan mahnılar Toy ərəfəsində gəlinə müraciətlə oxunan nəsihətvarı nəğmələr.

Lirik janrlar Xoyratlar və manilər İraq-türkman folklorunda geniş yayılmış xoyratlar dörd misradan ibarətdirArazam Kürə bəndəm (tərt. Ed. B. Abdullayev), B. 1988 . Xoyrat və manilər cinaslı və adi qafiyəli olmaqla iki yerə bölünürHəkimov M.. Azər. aşıq ədəbiyyatı. Bakı, Yazıçı, 1983 . Cinaslılar xoyrat, cinassızlar isə mani və ya maani adlanır. Əta Tərzibaşının "könüllərdən fişqıran içli duyğuları min bir sədaqətlə əks etdirən parlaq güzgü" adlandırdığı xoyratlar da tam və naqis cinaslı olmaqla iki yerə bölünür. Xoyratlarda 1,2,4-cü misralar həmqafiyə, 3-cü misra isə sərbəst olur. Xoyratlardan fərqli olaraq manilərə musiqi bəstələnir və onlar müəyyən döndərmələrlə - nəqəratla birlikdə xorla oxuna bilirHaşim Nahid. İraq türkləri. "Türk yurdu" məcmuəsi, Ankara, 1919 (hicri 1339).Xoyratla manini fərqləndirən başlıca amillərdən biri də xoyratların həmişə cinaslı, manilərin isə adi qafiyəli olmasıdır. Manilər arasında az da olsa cinaslılara rast gəlinirSalman Mümtaz. Aşıq Abdulla, Bakı, Azərnəşr, 1927, Seyidov Mirəli. Azərbaycan mifık təfəkkürünün qaynaqları. Bakı, Yazıçı, 1983 . Xalq mahnıları Burada xalq mahnıları dedikdə xalq havaları nəzərdə tutulur. İraq-türkman xalq havaları qırıq və ya qısa havalar və uzun havalar adı altında qruplaşdırılırTərzibaşı Əta. Kərkük havaları, Bağdad, 1961 . Qısa havalar sırasına bəstə (xalq türküsü), tənzilə (dini türkü və şərqi), şərqi (marş və bənzəri), halay və oyun havalarını daxil etmişdir. Uzun havalar sırasına isə muğamlar, xoyrat havaları, divan-urfa, qəzəl, aşıq havaları, Kərəm havası, sazlamaq, laylalar daxil edilir

Xalq türküləri Kərkük dolaylarında mahnılar döndərmə - yəni nəqəratla oxunur. Bu, mahnını daha da oynaq edirƏbdül Vahid Kuzəçioğlu. Kuzəçioğlunun xoyrat və bəstələri, İraq, Kərkük, 1966. Kərkük dolaylarında da, Azərbaycanda da eyni olan bir çox mahnılar vardırKərkük mahnıları (Tərtib edəni Qəzənfər Paşayev), Bakı, Gənclik, 1973. "O yana döndər məni", "Yar bizə qonaq gələcək", "Pəri", "Ay qara xal yar", "Ay qız heyranın ollam", "Niyə gəlməz oldu", "Dam üstədir damımız" və s. bunlara aiddir. İbrahimov İdris. Atalar sözü və məsəllər. // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, Bakı, 1961 ,

Beşik nəğmələri Buraya layla və oxşamalar daxildir. Türkiyədə "ninni" kimi tanınan laylalar, İraq-türkman folklorunda «leyla» və «layla» kimi məlumdurMəhəmməd Xurşid.Əski sözlər bağçası, Bağdad, 1989 . Formaca xoyrat və manilərə oxşayan laylaların axırında "layla balam, layla" ilə bərabər "leyla balam, leyla", "leyla gözüm, leyla", "üllə balam, üllə", "üllə ruhum, üllə" kimi iki misralı döndərmələr (nəqəratlar) yer alırS. Saatçı. Kərkük çocuq folklora, İstanbul, 1984.Laylalarda ictimai məsələlərə toxunulur. Bu zaman qüvvətli kədər hissi layla ilə ağı arasında mövcud olan sərhəddi pozurVəliyev V. Azər.Şif. xalqədəb.janr.-rı. Dok.dis.,B 1972 . Türkiyədə "sevmələr", Cənubi Azərbaycanda "nazlamalar" kimi tanınan bu şer parçaları Quzey Azərbaycanda da, Kərkük dolaylarında da "oxşamalar" adlanır. Oxşamalar İraq-türkman folklorunda da iki və dörd misralı olmaqla iki yerə bölünür və arzu-dilək, əzizləmə, əyləndirmə, oxşama məqamlarında işlənirlər.

Bayatı-Tapmacalar İraq-türkman folklorunda bayatı-tapmacalar gah tapmacaAzərbaycanı öyrənmə yolu» Məcm. sayı 4-5, B, 1930, gah bayatıAşıq şerindən seçmələr (Tərtib edenlər Hüseyn Arif, Mürsəl Həkimov), Bakı, Gənclik, 1984 , gah da cinaslı tapmacaAşıq Şəmşir. Şerlər, Bakı, Yazıçı, 1984 adı altında verilmişdir. İraq-türkman folklorunda təsadüf edilən "bayatı-tapmaca"lar nə forma, nə də məzmunca Azərbaycan "bayatı-tapmaca"larından fərqlənirlər. Folklorşünaslarımızın "bağlama bayatı" Vəliyev V. Qaynar söz çeşməsi. Bakı, Yazıçı, 1981, "qıfılbənd bayatı" Hacıbəyov Üzeyir. Seçilmiş əsərləri, Bakı, Yazıçı, 1985, "tapmaca-bağlama" Azərbaycan xalq mahnı və təsnifləri (Tərtib edəni Qafar Namaz Əliyev), Bakı, İşıq, 1985 adlandırdıqları qıfılbənd və bağlamalar da "bayatı-tapmaca"lardan fərqlənirlər.

Epik janrlar Nağıllar İraq-türkman nağılları nağılın məzmunu ilə əlaqəsi olmayan pişrovla başlayırKərkük xoyratları (Toplayanı və tərtib edəni Osman Məzlum), Bağdad, 1951. Pişrovdan sonra giriş-başlarığıc gəlirŞakir Sabir Zabit. Kərkükdə ictimai həyat. İraq, Bağdad, 1962 . Kərkük dolaylarında gündüz nağıl söyləmək məsləhət görülmür. Uşaqlara belə bir inam təlqin edilib ki, kim gündüz nağıl danışsa, nağıl bitəndə çoqu çıxar, yəni başında buynuz bitərƏlizadə Hümmət, Aşıqlar, Bakı, Azərnəşr, 1938. Nağılların sonunda nağılçı öz adını Əli, Qədriyyə olaraq çəkir Sübhi Saatçı. Kərkükdən dərlənən olay türküləri. İstanbul, 1992. İraq-türkman nağıllarını aşağıdakılardır: Heyvanlar haqqında nağıllar Sehrli nağıllar Tarixi nağıllar Ailə-məişət nağılları