Kiril Kulakov () — General-mayor, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı.

Həyatı Kiril Kulakov 20 iyul 1969-cu ildə doğulub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Bundan sonra bir müddət Almaniyada, Uşaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib.

2014–2017-ci illərdə Orenburq kazak briqadasının Çelyabinsk vilayətinin Çebarkulda yerləşən Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq ordenli 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb.

2016-cı ildə general-mayor rütbəsinə layiq görülüb.

2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub.

2023-cü ilin avqustunda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunub.

Təltifləri "Rəşadətli əməyə görə" ordeni "Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə" ordeni

İstinadlar