right|thumb|250x250px|1911-ci ildə Avstriya-Macarıstan xalqları.

Avstroslavizm və ya Avstriya slavyanizmi — XIX əsrin ikinci yarısında Avstriya-Macarıstanın slavyan xalqları arasında (xüsusilə çexlər) siyasi hərəkat. Onun ardıcılları Avstriya-Macarıstan ikili monarxiyasını üçtərəfli dövlətə çevirməyə çalışırdılar. Avstroslavizmin əsas ideoloqları qoca çexlər Frantişek Palatski və Frantişek Ladislav Riger, həmçinin Avstriya sosial demokratları Otto Bauer və Viktor Adler idi. Təxminən 1890-cı ildə avstroslavizmi radikal gənc çexlərin siyasi ideyaları əvəz etmişdi.Австрославизм // Большая российская энциклопедия : [в 35 т.] / гл. ред. Ю. С. Осипов. — М. : Большая российская энциклопедия, 2004—2017.

Avstroslavizm ayrı-ayrı prinsipləri Avstriya Birləşmiş Ştatlarının konsepsiyasında qəbul edilmiş, lakin yerinə yetirilməmişdir.

İstinadlar

Kateqoriya:Siyasi hərəkatlar Kateqoriya:Panslavizm Kateqoriya:Federalizm Kateqoriya:Çexiya fəlsəfəsi Kateqoriya:Macarıstan tarixi Kateqoriya:Avstriya fəlsəfəsi Kateqoriya:Avstriya tarixi