Tet hücumu (; , , həmçinin , "Tet Mau Than ümumi hücum və qiyamı") — Vyetnam müharibəsinin böyük eskalasiyası və ən böyük hərbi kampaniyalarından biri. Cənubi Vyetnam Milli Azadlıq Cəbhəsi (CVMAC) və Şimali Vyetnam Xalq Ordusu (VXO) 30 yanvar 1968-ci ildə Cənubi Vyetnamın Vyetnam Respublikası Ordusunun (VRO), Birləşmiş Ştatlar Silahlı Qüvvələrinə və onların müttəfiqlərinə qarşı gizli hücuma keçmişdilər. Bu, Cənubi Vyetnamda hərbi və mülki komandanlıq və nəzarət mərkəzlərinə qarşı qəfil hücumlar kampaniyası idi. Hanoy politbürosunun genişmiqyaslı hücumunun məqsədi şəhər mərkəzlərinə kütləvi silahlı hücum təşkil edərək fərarilik və üsyanlara səbəb olacağına inandıqları bir siyasi sabitsizlik tətikləmək idi.
"Tet hücumu" termini adətən 1968-ci ilin yanvar–fevral hücumuna aiddir, lakin o, may ayında baş vermiş "Mini-Tet" adlanan hücumu və avqustda III mərhələ hücumunu, həmçinin yanvar ayında baş tutmuş ilkin hücumlardan sonra 21 həftə davam etmiş qeyri-adi dərəcədə intensiv olan döyüşləri də əhatə edə bilər.
Tet hücumu müharibənin dönüş nöqtəsi hesab olunur, bundan sonra ABŞ-də ictimai rəy Vyetnamda qələbənin mümkünlüyünə inamını itirmişdi.
İstinadlar
Əlavə ədəbiyyat
Part 1 , Part 2 Vietnam: History of the Bulwark B2 Theater, Volume 5: Concluding the 30 Years War. Southeast Asia Report No. 1247 , Washington, D.C.; Foreign Broadcast Information Service; 1983
İlkin mənbələr The 1968 Battles of Quang Tri City& Hue , US Army Center for Military History CIA: Intelligence Warning of the Tet Offensive in South Vietnam; An Interim Study ; April 8, 1968 The History of the Joint Chiefs of Staff; The Joint Chiefs of Staff and the War in Vietnam 1960–68, Part 2, Section 48 Library of Congress Country Studies: Vietnam & The Tet Offensive . 1987 MILESTONES: 1961–1968, U.S. Involvement in the Vietnam War: The Tet Offensive, 1968
Vietnam January–August 1968 , Foreign Relations Series
Tarixşünaslıq və irs
Laurence, John (2002) The Cat from Hue: a Vietnam War Story, Public Affairs Press (New York),
www.tfpike.com
Xarici keçidlər Dövlət Westmoreland request for troops Feb 12 (#68) Ümumi məlumat
O. Xiara tərəfindən ümumi qeydlər A Viet Nam Reappraisal Clark M. Clifford Bibliography: The Tet Offensive and the Battle of Khe Sanh Tet Offensive Research Project United States History: Tet Offensive
Kateqoriya:Vyetnam müharibəsində ABŞ-nin hərb tarixi Kateqoriya:Cənubi Vyetnam tarixi Kateqoriya:Vyetnam müharibəsinin kampaniyaları Kateqoriya:1968-ci ildəki münaqişələr Kateqoriya:1968-ci ildə Vyetnam