Miçat qətliamı () — Birinci Hind-Çin müharibəsində Fransa ordusunun vyetnamlı mülki şəxslərə qarşı törətdiyi müharibə cinayəti. Fransa qoşunları 29 noyabr 1947-ci ildə səhər saat 5-dən səhər saat 8-ə qədər Vyetnamın Kuanqbin vilayətinin Lethyui rayonunun Mithyui kommunasının Miçat kəndində qətliam törətmişdilər. Fransa ordusu burada 326 evi yandırmış və kənd sakinlərinin yarıdan çoxunu qətlə yetirmişdir. Fransa qoşunları bir çox qadını öldürməzdən əvvəl onları zorlamışdılar. Fransa ordusu Miçatda 300-dən çox mülki sakini, o cümlədən 170 qadın və 157 uşağı qətlə yetirmişdir.

Qətliam yeri Miçat Dəmiryol Stansiyasının yanında, Şimal-Cənub Dəmiryolunda yerləşən Miçat körpüsünün ətəyində idi. Fransa əsgərləri qurbanları körpünün ətəyinə məcburən apararaq onları sıraya düzmüş, sonra pulemyot atəşi ilə öldürmüşdür.

Miçat sakinləri hər il 29 noyabr tarixində "Nifrət tarixi" kimi yas tuturlar.

27 dekabr 2001-ci ildə Vyetnam Mədəniyyət Nazirliyi memorial saytın yerləşdiyi memorial parkı Vyetnamın Milli Tarixi Reliktlərindən biri kimi təsnif etmişdir.Sources: Information on the Memorial Stele and on Official Website of Quảng Bình Provincial Government

İstinadlar

Xarici keçidlər

Quảng Bình Provincial Government Kateqoriya:Kuanqbin vilayəti Kateqoriya:Vyetnamda qətliamlar Kateqoriya:1947-ci ildə Vyetnam Kateqoriya:Birinci Hind-Çin müharibəsi Kateqoriya:Vyetnamofobiya