Havpa (, , ), həmçinin Kürd Milli Sosialist Partiyası (, qısaca forma "PSNK") — İraq Kürdüstanında kürd neonasist və hökumət əleyhinə yeraltı hərəkat.
Havpa 21 mart 2020-ci ildə Ərbildə gənc tələbələr tərəfindən Novruzun ilk günündə qurulmuşdur. Onların tez-tez vurğuladıqları təşkilatın əsas məqsədi Kürdüstanda yalnız etnik kürdlərin yaşaya bilməsidir. Havpa sionist işğal hökuməti konspirasiya nəzəriyyəsinə inanır, Kürdüstan Regional Hökumətinin hakim Bərzani və Təlabani ailələri kürd hökumətinin yəhudi işğalçıları olduğunu bildirir. "Instagram" və "Telegram" kimi müxtəlif onlayn platformalar vasitəsilə Havpa ərəblərin Kürdüstan bölgəsindən qovmaq, türkmanlar və aysorlara qarşı soyqırımı keçirmək ideyasını təbliğ etmək üçün kampaniya həyata keçirdi.
Bundan əlavə, Havpa İraq Kürdüstanının hər yerində plakatlar nümayiş etdirərək fəallıq göstərir.
İstinadlar
Kateqoriya:İraq təşkilatları Kateqoriya:Kürd milliyyətçiliyi Kateqoriya:Neonasizm Kateqoriya:Asiyada etnik təmizləmə Kateqoriya:Üçüncü mövqe