Piratlar Respublikası () — Vest-Hinddə dəniz quldurluğunun qızıl dövründə mövcud olmuş özünü ada respublikası. Bu, nominal olaraq Britaniya imperiyasının ərazisi idi, baxmayaraq ki, de-fakto olaraq onun nəzarəti altında deyildi. Bu, 1706-cı ildə dəniz quldurları tərəfindən qurulmuşdur və mövcud olduğu müddət ərzində bütün dünyada quldurların qalası, əsas bazası olmuşdur. Formal mənada nə dövlət, nə də respublika olmasa da, öz pirat kodeksi ilə tənzimlənirdi.
Britaniya dənizçisi Vuds Rocers 1718-ci ildə kralın əfv fərmanı ilə Nassauya gələnə və Britaniya nəzarətini bərpa edənə qədər dəniz quldurlarının fəaliyyəti Karib dənizində gəmiçilik və ticarətə böyük zərbə vurmuşdu.
İstinadlar
Kateqoriya:Ada dövlətlər Kateqoriya:Karib tarixi Kateqoriya:Baham adaları tarixi Kateqoriya:Karib dənizində piratlıq Kateqoriya:Tarixi respublikalar