Azər Bağırov () — azərbaycanlı futbol məşqçisi.
Karyera
Araz-Naxçıvan O, 1 iyun 2022-ci ildən 6 aprel 2024-cü ilə qədər Azərbaycan Premyer Liqasında çıxış edən "Araz Naxçıvan"ın baş məşqçisi vəzifəsini icra edib. Onun rəhbərliyi altında "Boz qurdlar" 2022/2023 sezonunda I Divizionun çempionu olmuş və Azərbaycan Premyer Liqasına vəsiqə qazamışdır.
Kəpəz Bağırov 30 avqust 2024-cü ildə "Kəpəz" futbol klubunun baş məşqçisi təyin edilib. 25 may 2025-ci ildə o, bu vəzifəsindən istefa verib.
1 oktyabr 2025-ci ildə Azər Bağırov yenidən "Kəpəz"in baş məşqçisi təyin olunub. 30 may 2026-cı ildə klubla müqaviləsinin müddəti bitən məşqçi ilə yeni müqavilə imzalanmayıb.
Şamaxı 2026-cı il iyunun 2-də "Şamaxı" futbol klubunun baş məşqçisi təyin olunub.
İstinadlar
Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Şamaxı FK məşqçiləri