Tərlan İlqar oğlu Qasımzadə () — Azərbaycanlı futbolçu-qapıçı. Azərbaycan Premyer Liqasının "Kəpəz" komandasında çıxış edir.
Həyatı 1995-ci il yanvarın 1-də Lənkəran şəhərində anadan olan Tərlan Qasımzadə 13 yaşında futbol oynamağa başlayıb. Futbolçunun ilk məşqçisi Namiq Qarayev olub. 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.
Klub karyerası Tərlan Qasımzadə 13 yaşından "Xəzər-Lənkəran" futbol klubunun az yaşlı yığmasında çıxış etməyə başlayıb. 2010-cu ildə əsas komandada oynamışdır. 2013–2014-cü illərdə hərbi xidmətdə olarkən ÇSKA-nın sıralarına yazılsa da, icarə əsasında Lənkəran klubunda oynamağa davam edib. 2015-ci ilin iyununda "Xəzər-Lənkəran" futbolçu ilə müqaviləni daha üç il uzadıb.Bir sıra futbolçularla müqavilə uzadıldı 2016–2017-ci mövsümündə AZAL-da çıxış etsə də, çempionatda cəmi 1 oyun keçirib. 2017-ci ildən "Kəpəz"də çıxış edir.Khazar Lankaran vs Sumqayıt 0–1
İstinadlar
Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları