"Deşici ox əməliyyatı" əməliyyatı () — Vyetnam müharibəsi zamanı, 1964-cü ilin avqustunda Şimali Vyetnama qarşı ABŞ-nin ilk hava əməliyyatı. Bu, Şimali Vyetnam torpedo katerlərinin Tonkin körfəzində Amerika gəmilərinə hücum etdiyi iddiasına cavab olaraq həyata keçirilmişdir.

Əməliyyat Əməliyyat ABŞ Prezidenti Lindon Consonun şəxsi göstərişi əsasında həyata keçirilmişdir. Reyd 5 avqust 1964-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki təyyarədaşıyan ilə həyata keçirilmişdir.Robert Bruce Frankum, Like Rolling Thunder: The Air War in Vietnam, 1964-1975. Rowland & Littlefield, 2005), p. 15. Hədəflər Şimali Vyetnam katerlərinin işlədiyi bir neçə dəniz bazası, həmçinin Vində yerləşən neft anbarı idi. Neft anbarının dağıdılmasından sonra Şimali Vyetnam Hərbi Dəniz Qüvvələrinin katerlər üçün yanacaqla bağlı problem yaşayacağı güman edilirdi.

Amerika məlumatlarına görə, 64 döyüş 2 təyyarənin itirilməsi ilə tamamlanmışdır. Bir pilot öldürülmüş, digəri – Everett Alvares əsir düşmüşdü.Interview with Everett Alvarez, 1981 Basqının nəticələri Amerika komandanlığı tərəfindən uğurlu hesab edilmişdi. Vində mövcud olan neft ehtiyatlarının 90%-ə qədəri məhv edilmiş və bütün Şimali Vyetnam torpedo katerlərinin 2/3-i sıradan çıxmışdı.

İstinadlar

Kateqoriya:1964-cü ildəki münaqişələr Kateqoriya:1964-cü ildə Vyetnam Kateqoriya:Vyetnam müharibəsinin hava əməliyyat və döyüşləri