25-ci piyada diviziyası () ABŞ ordusunun 1941-ci ildən mövcud olan taktiki hərbi birləşməsi. Ləqəbi "Tropik ildırım"dır (). Bundan başqa, "Elektrikli çiyələk" () də adlanır.

Tarixi Birləşmə 1 oktyabr 1941-ci ildə Havay adalarında yaradılmışdır. "Od vəftizi" 1943-cü ilin yanvarında Quadalkanal adasında baş vermişdir. Həmin ilin iyul–avqust aylarında Nyu-Corciyada döyüşlərdə iştirak etmişdir. Bundan sonra diviziya Yeni Zelandiyaya, daha sonra isə kadrların istirahəti və təlimi üçün Yeni Kaledoniyaya köçürülmüşdür. 1945-ci ilin birinci yarısında Filippinin azad edilməsində iştirak etmişdir. Müharibənin başa çatması ilə 25-ci piyada diviziyası Yaponiyaya göndərilmiş və orada beş il işğal xidməti göstərmişdir.

İstinadlar

Xarici keçidlər Официальный сайт 25-й пехотной дивизии

Kateqoriya:1941-ci ildə ABŞ-də yarananlar Kateqoriya:Vyetnam müharibəsində ABŞ hərbi birləşmələri