Caner CindorukCaner Cindoruk Kimdir? (), Türk teatr, kino və serial aktyorudur.

Həyatı və kariyerası

Caner Cindoruk 17 aprel 1980-ci ildə Adanada anadan olub. Anası Müşərrəf, atası isə iki dəfə Orhan Kamal Hekayə Mükafatı almış qısa hekayə yazarı Zəfər Dorukdur. Ana tərəfdən Yörük, ata tərəfdən Kürd əsillidir. Münir Can Cindoruk və Taner Cindoruk adlı iki qardaşı da aktyor olan Cindoruk ailəsinin də təsiri ilə teatra üz tutub. Əmisi Erdal Cindoruk da teatr aktyorudur. Onun demək olar ki, uşaqlıq illəri kulisdə keçib. Orta məktəb, universitet illərində oynadığı tamaşalarda həmişə özünə səhnə tapıb. O məktəbi bitirdikdən sonra təhsilinə Çukurova Universitetində davam edib və oranı bitirib. İlk peşəkar rolu "Fehim Paşa Konağı"-daki Yusuf obrazıdır. 1997-ci ildə Adana Seyhan Bələdiyyəsi Teatr Qrupu ilə ilk peşəkar teatr tamaşasında çıxış edib. On il Seyhan Bələdiyyəsi və Adana şəhər teatrlarında aktyor kimi çalışıb.

2006-cı ildə dörd uşaqlıq dostu ilə İstanbula gəlib. 2006-cı ildə kino karyerasına "Beynelmilel" filmi ilə başlayıb; O, bu filmdə Özgü NamalÖzgü Namal Kimdir? ilə birlikdə rol alıb. 2008-ci ildə "Kelebek" filmində rol alıb. 2007-ci ildə "Kara Güneş" serialı ilə seriallarda çəkilməyə başlayan Cindoruk, 2008-ci ildə "Geç Gelen Bahar" və "Yaprak Dökümü" seriallarında rol alıb. "Yaprak Dökümü"-dəYaprak Dökümü canlandırdığı Doktor Nazmi obrazı böyük marağa səbəb olub. 2009-cu ilin yayında başlayan və Orhan Kamalın unudulmaz eyniadlı əsərindən uyarlanan "Hanımın Çiftliği" serialında Caner Cindoruk Kamal rolunu canlandırıb və serialdakı rol yoldaşı Mehmet Aslantuğ və Özgü Namaldır.

2012-ci ildə Ebru Özkanla birlikdə oynadığı "Pandaların Hikayesi" adlı teatr tamaşasında oynayıb. 2012-ci ildə rejissor Bahman Qobadinin "Gergedan Mevsimi" filmində Yılmaz Erdoğan, Beren SaatBeren Saat Kimdir? və Monika Bellucci ilə oynayıb. 2013-cü ildə Uğur Yücel və Gökçe Bahadır kimi məşhur adlarla "Aramızda Kalsın" serialında baş rolu canlandırıb. 2014-cü ildə rejissor Nesli Çölgeçenin çəkdiyi "Çalsın Sazlar" filmində Belçim Bilgin və Engin Hepileri ilə baş rolları paylaşıb.

2015-ci ildə İraqlı rejissor Hiner Saleem tərəfindən çəkilmiş "Dar Elbise" filmində baş rollarda Tuba Büyüküstün, Hazar Ergüçlü, İnanç Konukçu, Devrim Yakut və Canan Ergüder ilə birlikdə oynayıb. Film 2016-cı ildə buraxılıb.

Caner Cindoruk, prodüseri Türker İnanoğlu olan, Nükhet Duru, Pelin Akil, Cezmi Baskin və Kayhan Yıldızoğlu kimi məşhur adlarla paylaşılan "İstanbulnamə" adlı müzikalda Tulumbacı Eğrikapılı Ali rolunu canlandırıb.

2016-cı ildə rejissor Zeki Demirkubuzun çəkdiyi "Kor" filmində Aslıhan Gürbüz və Taner Birsel ilə baş rolları paylaşan Caner Cindoruk uğurlu aktyorluğu ilə kino tənqidçilərindən tam qiymət alıb. Cindoruk 2016-cı ildə Gizem Karaca ilə baş rolları paylaşdığı "İstanbul Sokakları" serialında rol alıb.

2020-ci ildə Cansu Dere və Melis Sezenlə baş rolu paylaşdığı, Kanal D-də yayımlanan, İngilis istehsalı olan "Doktor Foster" serialının Türkiyə versiyası olan "Sadakatsiz"Sadakatsiz serialında Volkan Arslan obrazına həyat verib. Serial 25 may 2022-ci ildə finalla başa çatdı.

Filmoqrafiya

Kino il İstehsal Rol2006Beynelmilel2008KelebekYusuf2012Elveda KatyaVeliGergedan MevsimiSahelYabancıFerhat2014Çalsın SazlarMahir2016KorCemalDar ElbiseApoEkşi ElmalarSamet2018İçerdekilerÖğretmen Serial İl İstehsal Rol2007Kara GüneşAlişir2008Geç Gelen BaharAliYaprak DökümüDoktor Nazmi2009-2011Hanımın ÇiftliğiKemal2011-2012FirarNadir2013Ateş Altında Aşk2013-2015Aramızda KalsınCivan2016İstanbul SokaklarıFırat2016-2017Muhteşem Yüzyıl KösemSilahtar Mustafa Paşa2017-2020KadınSarp Çeşmeli/Alp Karahan2020ZemheriErtan Demirkan2020-2022 SadakatsizVolkan Arslan2023Maviye SürgünAli Tarhun2024Yan OdaFikret Alabey2025Ben Onun AnnesiyimKemal2026-Hamal Egemenİnternet İl İstehsal RolTezlikləKanlı YayınNejat

Teatr tamaşaları

Rol aldığı tamaşalar İl Tamaşa Rol1998Fehim Paşa Konağı1999Kuğular Şarkı Söylemez2000Ada2001Yalancı Aranıyor2002Soyut PadişahKaktüs Kumpanya2004Yeşil Papağan Limited2005Suçlular Çağı Suçsuzlar Çağı2006Komşu Köyün DelisiHayvan Çiftliği2010Uçurtmanın Kuyruğu2011Titanik Orkestrası2012Pandaların Hikâyesi2016Köpek, Kadın, Erkek2019Yeni Bir Şarkı2022Eve Dönüşlerİdarə etdiyi tamaşalar İl Tamaşa Rol1999Kuğular Şarkı Söylemez2000Ada2005Suçlular Çağı Suçsuzlar Çağı2006Hayvan ÇiftliğiMuzikallar İl Tamaşa Rol2016İstanbulname

Mükafatları

2017: 22-ci Sadri Alışık Teatr və Kino Aktyor Mükafatları - Ən Yaxşı Aktyor - Kor

İstinadlar

Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə teatr aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları