Fan Hui Kuat (; ) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət xadimi, Vyetnam Respublikasının Baş naziri (1965).
Həyatı Fan Hui Kuat 1949-1950 Bao Dai hökumətində təhsil naziri olmuşdur. O, 1950 və 1953-1954-cü illərdə müdafiə naziri vəzifəsində çalışmışdır. Fan Hui Kuat 1953-cü ildə Vyetnam Dövlətinin demokratikləşməsinə cavabdeh olan xüsusi tapşırıqlar üzrə nazir kimi xidmət etmişdir. O, 1954-ci ildə Vyetnam Dövlətinin Baş nazirinin səlahiyyətlərini icra etmişdir.
Fan Hui Kuat 1965-ci ilin fevralında Vyetnam Respublikasının Baş naziri, marşal Nquyen Kao Kinin başçılıq etdiyi hərbi çevrilişdən sonra vəzifəsindən azad olunmuşdur. Baş nazirlikdən getdikdən sonra Kuat öz həkimlik fəaliyyətinə qayıtmışdır. O, 1975-ci ilə qədər siyasətdə qalmış, Asiya Antikommunist Liqası ilə işləmiş və onun Vyetnam ofisinə rəhbərlik etmişdir.
Fan Hui Kuat 1975-ci ilin avqustunda Vyetnam Respublikasının süqutundan sonra həbs edilmiş və zindana salınmışdır. O, 1979-cu ildə orada vəfat etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Cənubi Vyetnam siyasətçiləri Kateqoriya:Cənubi Vyetnam baş nazirləri Kateqoriya:Vyetnam nazirləri