"Arzu-Qəmbər" dastanı — İraq-Türkman və Azərbaycan folklorunda ən məşhur dastan. Xüsusilə İraq-törkmanları arasında çox geniş yayılmış, qadın məclislərinin yaraşığıdır.AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI II kitab (İRAQ-TЦRKMAN CİLDİ) səh.41

Tarixi Kərküklü folklorşünas Əta Tərzibaşı "Arzu-Qəmbər"i 1964-cü ildə Bağdadda, sonralar Tehran və İstanbulda çap etdirmişdir. Qəzənfər Paşayev tərəfindən dastanın Kərkük variantı 1971–1989 və 1990-cı illərdə Bakıda çap olunmuşdur.

Məzmunu "Arzu-Qəmbər" dastanı xalq məişətini, onun inam və etiqadını, mərasimlərini, adət-ənənələrini parlaq şəkildə əks etdirir. Bu hekayə türkmənlərin İslam dinini qəbul etmələrindən sonra yazılmışdır. "Arzu ilə Qamber" bir türkmən dastanıdır.

XVI–XVII yüzilliklər Ağqoyunlu və ya Qaraqoyunlu Türkmən dövlətləri zamanında İraqda tamamlanmışdır. Kimin tərəfindən yazıldığı bilinməyən bu hekayə Osmanlı imperiyasının son dövrlərində Anadolu rəvayəti olaraq daş basması, daha sonra da mətbəə hərfləri ilə basılmışdır. Original mətninə hələlik rast gəlinməyib"Arzu-Qənbər" dastanı, Bakı, 1971. Dastan Kərkük ləhcəsinin bariz nümunəsi olduğundan İraq (1964), İran (1967) və Türkiyədə(1971), Bakıda təkrar-təkrar çap olunub,,. Dastanın Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Qarayazı və s. variantları olsa da, işıq üzü görməmişlər. "Arzu-Qəmbər" xalq nağılları ilə bağlı olan dastanlardandır. Dastanın müqəddiməsi nağıl pişrovu ilə başlayır. Dastanda hadisələr iki sevgilinin — Arzu və Qəmbərin bir-birinə qovuşması uğrunda mübarizəsini əks etdirir. Dastanın qəhrəmanı Qəmbər XVI–XVII yüzilliklər arasında İraqda yaşamış bir türkmən şairidir"Arzu-Qəmbər" dastanı. Toplayanı: Sədnik Paşa Pirsultanlı. "Azərbaycan qadını", 1974, № 12 Dastan çoxvariantlıdır. Buna görə də dastanın məzmununda müəyyən fərqliliklər mövcuddur.

Dastanın variantları Suriya variantı Xorasan variantı Anadolu variantı Göyyurd variantı Nevşəhər variantı Yoğunhisar variantı Gəncə variantı Bakı variantı Qarayazı variantı Kərkük variantı (Ə. Tərzibaşının topladığı) Axıska variantı (Əhliman Axundov) Cengiz Ketenenin İmam Zeynel Abidin kənd sakini,1937-ci il təvəllüdlü Semin Bayatlıdan topladığı variant İraq-Türkmən variantı (II) (İbrahim Daquqi) Karaim variantı Avstriya variantı Hollandiya variantı Türkiyə əlyazmaları Noqay variantıAfaq Ramazanova."Arzu-Qəmbər" dastanı. Noqay variantı. Dədə Qorqud elmi-ədəbi toplu № 2, 2014 Türkmən əlyazmaları

Mənbə Azərbaycan dastanları V cilddə. V cild. Bakı, 2005. S. P. Pirsultanlı. "Arzu-Qəmbər" dastanının yayılma coğrafiyası və poetikası. Gəncə, 2013

Həmçinin bax A. Xürrəmqızı. "Arzu-Qəmbər" dastanının əlyazmaları. Kredo,2015,7 avqust. A. Xürrəmqızı. "Arzu-Qəmbər" dastanının nəşr tarixinə dair. Kredo, 2015, 27 iyul

İstinadlar

Kateqoriya:Dastanlar