Asunsyon Domenek Domingez (; ) — İspaniya voleybolçusu, toppaylayıcı. O, 1992 Yay Olimpiya Oyunlarında iştirak etmişdir.

Həyatı Asunsyon Domenek 8 iyun 1967-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur.

1990–1992-ci illərdə "Xativa"da, 1993–1994-cü illərdə "Mursiya"da, 1998–2000-ci illərdə "Albasete"də çıxış etmişdir. 1991-ci ildə "Xativa" ilə İspaniya Superkubokunu, 1994-cü ildə "Mursiya" ilə ölkə çempionluğunu qazanmışdır.

O, 1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında İspaniyanın qadın voleybol komandasının üzvü olmuş, komandası 8-ci yeri tutmuşdur. Domenek toppaylayıcı kimi çıxış etmiş, 4 matç keçirmişdir.

İstinadlar

Kateqoriya:İspaniya voleybolçuları Kateqoriya:1992 Yay Olimpiya Oyunlarında voleybolçular