Ərəb dilinin Nəcd dialekti (; özünüadlandırma – nəcdi) — Səudiyyə Ərəbistanının mərkəzi hissəsi olan Nəcd sakinlərinin danışdığı ərəb dilinin növlərindən biri. Nəcdi dialekti qədim ərəb dialektlərinin nəslindəndir. Bu dialektdə 9 milyon 870 min insan danışır ki, bunun da 8 milyonu Səudiyyə Ərəbistanında, 900 mini İraqda, 500 mini Suriyada, 50 mini İordaniyada yaşayır.

İslamdan əvvəlki dövrdə Nəcd ərazisində, Hicazın bəzi hissələrində və Bəsra körfəzi sahillərində qədim ərəb dilinin şərq dialekt qrupları geniş yayılmışdı. Ərəb filoloqları və əksər Qərb alimləri ərəb poetik dilinin mənşəyini Nəcdin bədəvi qəbilələri ilə əlaqələndirirlər. Ərəblərin islamdan əvvəlki poeziyası Nəcdin şərq dialektləri əsasında inkişaf etmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Ərəb dilinin bədəvi dialektləri Kateqoriya:Səudiyyə Ərəbistanı dilləri Kateqoriya:İraq dilləri Kateqoriya:Suriya dilləri Kateqoriya:İordaniya dilləri