Papa İoanna (; ) — orta əsrlərin əfsanəvi şəxsiyyəti, iki il Papa kimi hökm sürdüyü iddia edilən qadın.

Onun hekayəsi ilk dəfə 13-cü əsrdə salnamələrdə çıxıb və sonradan bütün Avropaya yayılıb. Tarixçilər tərəfindən papalıqla ziddiyyət təşkil edən Fransız müvəqqəti hakimiyyəti tərəfindən canlandırılmış orta əsr mifi və ya əfsanəsi hesab edilir.

Papa İoanna haqqında olan əfsanənin ən geniş yayılmış versiyasına əsasən, Yohana savadlı və istedadlı qadın olmuş, kişi kimliyində kilsə iyerarxiyasında yüksələrək papa seçilmişdir. Rəvayətə görə, onun qadın olduğu papa kimi fəaliyyət göstərdiyi zaman doğuş etməsi nəticəsində aşkar edilmiş və bundan qısa müddət sonra ölmüşdür.

thumb|1493-cü ildə nəşr edilmiş Nürenberq xronikasında Papa Yohana təsviri Papa Yohana haqqında ilk məlum yazılı məlumatlar XIII əsrdə ortaya çıxmışdır. Təxminən 1250-ci ildə Jan de Mailly tərəfindən yazılmış xronikada adı göstərilməyən qadın papa haqqında məlumat verilmiş, daha sonrakı mənbələrdə hekayə genişləndirilmişdir. Martin von Troppau-nun XIII əsrin sonlarında yazdığı Chronicon Pontificum et Imperatorum əsərində isə Yohanaya daha çox bioqrafik xüsusiyyətlər əlavə edilmişdir.

Papa Yohanın mövcudluğu əsrlər boyu həqiqət kimi qəbul edilmiş, lakin XVI əsrdən etibarən hekayənin tarixi əsasları ciddi şəkildə mübahisələndirilmişdir. Tədqiqatçılar Yohana haqqında ilk məlumatların onun guya yaşadığı dövrdən əsrlər sonra ortaya çıxmasını və papa xronologiyasındakı uyğunsuzluqları əsas arqumentlərdən biri kimi göstərirlər. Müasir tarixçilərin böyük əksəriyyəti Papa Yohanı tarixi şəxs deyil, orta əsrlərdə formalaşmış əfsanə hesab edir.

İlk məlumatlar

Papa Yohana haqqında ilk məlum məlumat XIII əsrin əvvəllərində dominikan rahibi Jan de Maillynin Chronica Universalis Mettensis xronikasında verilmişdir. Burada qadın papanın adı göstərilmir və hadisələr 1099-cu ilə aid edilir. Daha sonralar bu hekayə Stefan de Burbonun əsərində yer almış və XIII əsrin sonlarında Martin fon Troppau tərəfindən genişləndirilmişdir.

Martin fon Troppau-nun versiyasında qadın papanın adı Con Anglikus və ya Maynslı Con kimi göstərilir və onun IX əsrdə, VIII Leo ilə III Benedikt arasındakı dövrdə iki ildən çox papa olduğu iddia edilir. Bu versiyada Yohanın qadın olduğu papa kimi fəaliyyət göstərdiyi zaman doğuş etməsi nəticəsində aşkarlandığı bildirilir.

Sonrakı bəzi mənbələrdə Papa Yohana ilə bağlı papa seçilən şəxsin cinsiyyətinin yoxlanılması haqqında əlavə əfsanələr də yaranmışdır. Lakin bu hadisələrin tarixi gerçəkliyinə dair etibarlı sübut yoxdur və onların əfsanənin sonrakı inkişafının bir hissəsi olduğu qəbul edilir.

Reformasiya dövründə

thumb|1675-ci ildə nəşr edilmiş A Present for a Papist əsərində Papa Yohanın doğuş səhnəsini göstərən qravüra XVI əsrdə Reformasiya zamanı Papa Yohana əfsanəsi katolik və protestant müəlliflər arasında polemikada geniş istifadə olunmuşdur. Bəzi protestant müəlliflər bu hekayəni Katolik Kilsəsinə qarşı arqument kimi irəli sürmüş, katolik müəlliflər isə onu müdafiə etmişlər. 1587-ci ildə Florimond de Raemond əfsanənin tarixi əsaslarını tənqid edən əsər nəşr etdirmişdir. 1647-ci ildə David Blondel isə tarixi və xronoloji təhlillərlə hekayənin mümkün olmadığını əsaslandırmışdır.

Həyatı

Katolik kilsəsini əsrlərdir narahat edən hekayənin baş qəhrəmanı Yohan 9-cu əsrdə almaniyada yaşayan dindar bir ailənin yanında övladlıq olaraq böyüyən bir ingilis qızıydı. Yaxınları onu "Gilberta" yaxud "Jutta" deyə də çağırırdılar. Olduqca ağıllı bir qız olan Yohan qadın olmasının özünə mənfi yaratdığını düşünər və 12 yaşına gələndə kişi paltarları geyməyə və oğlan uşağı kimi davranmağa başlayır. Daha sonrakı illərdə Yohan Xristian missionerlərə qoşulmuş və onlarla birlikdə getdiyi Afinada din və fəlsəfə öyrənmişdi. Zamanla ilahiyyat mövzusunda dövrün bütün xristian mənbələrinə və şifahi ifadələrinə vaqif olmuşdu, amma Afinalı xristianların gözündə əhəmiyyət qazanan saqqal saxlama adəti onu bu şəhərdən ayrılıb saqqalın taraş edildiyi Romaya getməyə vadar etdi. Romada özünü Con Anglicus adı ilə kişi kimi tanıdan Yohan "Benedictine" Monastırına girər və bilgisi ilə qısa müddət keşiş və kardinallardan ibarət geniş bir çevrəyə sahib olar. Hamı onu dövrün ən gözdə din alimləri arasında qəbul edirdi. Buna görə də Papa IV. Leonun səhhəti pozulmağa başlayanda kardinallar papalığa ən layiq insan kimi onun adını deməyə başlayırlar. 853-cü ildə Papa Leon ölüncə yerinə kilsə kənarından bir nəfər olmasına baxmayaraq, Yohan seçilir və VIII Con adı ilə vəzifəyə başlar. Papa Yohan 2 il 5 ay 4 gün boyunca Papalıq taxtında əyləşmişdir.ohan öldüyü yerdə də basdırılmış üzərinə "Petre, Pater Patrum Papisse Prodito Partum" ("Ata, Papaların Papası, Qadın Papanın uşağ doğma xəyanəti") yazılan mərmər qoyular və mərmərin yanına bir ana ilə uşağını göstərən heykəl tikilər. Əsrlərlə qalan mərmər və heykəl Yohandan geriyə iz qalmasın deyə 16-cı əsrin sonunda Papa V Piyusun əmri ilə qırılar və Yohanın adı Papalar sırasından silinər. İndinin özündə Ənənəvi ayinlər zamanı Romada gəzərkən daim bu nöqtədən geri dönərlər, bu hadisəyə bəslənən nifrətdən irəli gəlir.

Ölümü

Əvvəlcə hər şey normal idi. Daha sonra isə İoanna rahiblərdən biri ilə münasibətdə olmuş və vəziyyət dəyişmişdir. Qısa bir müddət sonra hamilə qalan İoanna hamiləliyini geniş geyimlərinin altında gizlədərək uşağını gizlin dünyaya gətirib, onu kilsənin tərk edilmiş uşaqlarından biri kimi böyüdəcəyini düşünürdü. Ancaq 855-ci ildə Müqəddəs Pyotr kilsəsinin ətrafında izdiham içində olan bir tədbir zamanı sancıları başlayır və uşağını ordaca dünyaya gətirur və bununla da qadın olduğu üzə çıxır. Bəzi mənbələrə görə uşağı və özü elə ordaca qəzəbli kütlə tərəfindən parçalanaraq öldürülmüş, bəzilərinə görə isə atlara bağlanaraq Roma küçələrində sürütmə çəkilmişdir. Latınca bir söz olan Papa "ata" mənasını verir. Bu söz eyni zamanda IV əsrdən bəri Katolik Xristianların dini liderinə verilən addır.

Müasir tədqiqatlar

XX və XXI əsr tarixçilərinin böyük əksəriyyəti Papa İoannanı orta əsr əfsanəsi hesab edir. Əsas arqumentlərdən biri onun haqqında müasir mənbələrin olmaması və əfsanənin təsvir etdiyi dövrün papa xronologiyasına müvafiq gəlməməsidir. Bununla belə, bəzi müəlliflər onun tarixi şəxs ola biləcəyini müdafiə etmişdirlər. 2018-ci ildə arxeoloq Maykl E. Habicht orta əsr sikkələrindəki papa monoqramlarını bu iddianı dəstəkləyən dəlil kimi təqdim etmiş, lakin digər tarixçilər bu nəticələri qəbul etməmişdirlər.

Ədəbiyyat Clement Wood, The Woman Who Was Pope, Wm. Faro, Inc., NYC 1931 Arturo Ortega Blake, Joanna Kobieta która zostala Papiezem", Edit. Philip Wilson, 2006. Published in Warszawa, ISBN 83-7236-208-4. Alain Boureau, The Myth of Pope Joan, University Of Chicago Press, 2000. Published in Paris as La Papesse Jeanne. The standard account among historians. Lawrence Durrell, The Curious History of Pope Joan. London: Derek Verschoyle, 1954. Freely translated from the Greek Papissa Joanna, 1886, by Emmanuel Rhoides. Peter Stanford, The She-Pope. A Quest for the truth behind the Mystery of Pope Joan, Heineman, London 1998 ISBN 0-434-02458-9. Published in the US as The Legend of Pope Joan: In Search of the Truth, Henry Holt & Company, 1999. A popularized journalistic account. 'Top 5 Myths About the Papacy'

Xarici keçidlər Catholic Encyclopedia: Pope Joan The Female Pope: The Mystery of Pope Joan by Rosemary and Darroll Pardoe ABC Prime time Looking for Pope Joan Article from The Straight Dope MacGregor Historic Games makes their own version of the Victorian Pope Joan card game. Sedes Stercorari explanation Sedes Stercoraria was to check male 'intactness' not gender. by Dennis Barton gives timeline esp. of stories appearance in written histories.

İstinadlar

Kateqoriya:Papalar Kateqoriya:Mövcud olmayan şəxslər Kateqoriya:Psevdotarix Kateqoriya:Orta əsrlər əfsanələri Kateqoriya:Qadın personajlar Kateqoriya:Əfsanəvi personajlar Kateqoriya:Xristian folkloru Kateqoriya:Xristianlıq və qadın Kateqoriya:Krossdressinq