Şimali Makedoniya Konstitusiya Məhkəməsi () — Şimali Makedoniyada konstitusiya və qanuniliyi qoruyan ixtisaslaşdırılmış məhkəmə orqanıdı.
Tarixi Konstitusiya Məhkəməsi 1963-cü ildə SFYR(Sosialist Federal Yuqoslaviya Respublikası) Konstitusiyası ilə yaradılmış və 15 fevral 1964-cü ildə Sosialist Yuqoslaviyasının tərkibində olan Makedoniya Sosialist Respublikasının konstitusiya məhkəməsi kimi fəaliyyətə başlamışdır. Makedoniya Respublikası Yuqoslaviyadan ayrıldıqdan sonra Konstitusiya Məhkəməsi müstəqil dövlətin — Şimali Makedoniyanın məhkəməsi oldu.
Konstitusiya Məhkəməsi Şimali Makedoniya Assambleyası tərəfindən deputatların ümumi sayının səs çoxluğu ilə seçilən doqquz hakimdən ibarətdir. Hakimlərin mandatı yenidən seçilmək hüququ olmadan doqquz ildir. Konstitusiya Məhkəməsinin hakimləri müstəsna olaraq tanınmış hüquqşünaslar arasından seçilir. Məhkəmənin sədri hakimlər tərəfindən onun üzvləri arasından təkrar seçilmək hüququ olmadan üç il müddətinə seçilir.
Məhkəmə sədrləri Pero Korobar 1963–1974 Asen Qrupu 1974–1979 Qoqa Nikolovski 1979–1984 Vladimir Mitkov 1984–1986 Dimçe Kozarov 1986–1987 Fidanço Stoev 1987–1989 Yordan Arsov 1989–1994 Yovan Proevski 1994–1997 Milan Nedkov 1997–2000 Todor Tsunov 2000–2003 Liliana İnqilizova-Ristova 2003–2006 Trendafil İvanovski 2007–2010 Branko Naumovski 2010-cu ildən
Səlahiyyətlər Şimali Makedoniya Konstitusiya Məhkəməsi aşağıdakı səlahiyyətlərə malikdir: Qanunların Konstitusiyaya uyğunluğu barədə qərar qəbul edir Digər normativ aktların və kollektiv müqavilələrin Konstitusiyaya və qanunlara uyğunluğu barədə qərarlar qəbul edir Fikir, vicdan, söz və fikirlərin açıq şəkildə ifadəsi, siyasi fəaliyyət azadlığı ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edir, o cümlədən vətəndaşlar arasında cinsi, irqi, dini, milli, sosial və siyasi mənsubiyyət Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlərə dair mübahisələri həll edir Respublikanın mərkəzi orqanları ilə yerli özünüidarəetmə orqanları arasında səlahiyyətlərə dair mübahisələri həll edir Respublika Prezidentinin məsuliyyəti haqqında qərar qəbul edir Siyasi partiyaların və vətəndaş birliklərinin proqram və nizamnamələrinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul edir.
İstinadlar
Rəsmi saytı
Kateqoriya:Konstitusiya məhkəmələri