Emin Cəfərov (12 oktyabr 1979) — Azərbaycanı təmsil edən stend atıcısı.
Karyerası Emin Cəfərov 1998-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi atası Hafiz Cəfərov idi.
Karyerası ərzində Dünya və Avropa Çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə heç bir ciddi uğura imza atmayan Emin Cəfərov 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında qarışıq cüt turnirdə gümüş medala sahib oldu. 2021-ci ildə Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən Emin Cəfərova olimpiada da mübarizə aparmaq üçün wild card verildi.
Emin Cəfərov Azərbaycanı 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. İyulun 25-də stend atcılığı turnirində çıxış edən Emin Cəfərov mübarizə apardı. Həmin gün baş tutan birinci mərhələdə o, 70 balla 24-cü pillədə qərarlaşdı. Bir gün sonra, iyulun 26-da baş tutan növbəti mərhələdə isə o, 45 balla 26-cı pillədə qərarlaşdı. Nəticədə Emin Cəfərov təsnifat mərhələsini 115 balla 30 idmançı sırasında 26-cı pillədə başa vurdu və mübarizəsini dayandırdı.
2023-cü ildə Emin Cəfərov Rabat şəhərində ISSF World Cup beynəlxalq turnirində bürünc medala sahib oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi atıcıları Kateqoriya:Azərbaycanın olimpiya atıcıları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında atıcılar Kateqoriya:2015 Avropa Oyunlarında atıcılar Kateqoriya:2019 Avropa Oyunlarında atıcılar Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda doğulmuş idmançılar Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar