Müsavat Partiyası və ya sadə şəkildə Müsavat, bəzən Musavat — Azərbaycanda 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin göstərişi ilə qurulmuş siyasi partiya.

Müsavat və ya Musavat həmçinin bu mənaları ifadə edə bilər:

Partiya və fraksiya Müsavat Partiyası — 1992-ci ildə Bakıda bərpa qurultayı ilə qurulmuş sağ mərkəziyyətçi siyasi partiya. Müasir Müsavat Partiyası — 2001-ci ildə Hafiz Hacıyev liderliyində qurulmuş hakimiyyətyönümlü siyasi partiya. Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sayca ən çox millət vəkili olan, Məhəmməd Əmin Rəsulzadənin başçılığındakı Müsavat Partiyası üzvləri və bitərəf siyasətçilərdən ibarət fraksiya.

Media Yeni Müsavat — 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbuat orqanı kimi yaradılan və Azərbaycanda fəaliyyət göstərən, hazırkı rəhbərinin Rauf Arifoğlunun olduğu gündəlik qəzet və media qrup. Müsavat (qəzet, İran) — 1907–1909-cu illərdə Qacarlar dövlətində nəşr olunan həftəlik fars qəzeti. Müsavat (qəzet, Azərbaycan) — 1917-ci ildə Bakıda nəşr olunan Azərbaycan dilində qəzet. Müsavat (qəzet, Dağıstan) — 1917–1918-ci illərdə Dağıstanda nəşr olunan qumuq dilidə qəzet.

Digər Müsavatçılıq — Müsavat Partiyasının siyasi və ümumi dəsti-xətti, partiyanın əsas ideologiyalarından biri.

Şəxslər Müsavat Dərvişoğlu — Türkiyə siyasətçisi, İYİ Partiyanın ikinci sədri (2024-cü ildən), Türkiyə Böyük Millət Məclisi XXVII və XXVIII çağırışlarının millət vəkili.