Moldova Futbol Federasiyası () — Moldovada futbola nəzarət edən və idarə edən təşkilat. Mərkəzi ofisi Moldovanın paytaxtı Kişinyov şəhərində yerləşir.
Hazırkı prezident Leonid Oleiniçenkodur.
Tarixi 1990-cı ildə yaradılmışdır. 1993-cü ildən UEFA-nın, 1994-cü ildən isə FİFA-nın üzvüdür.
2016-cı ilin oktyabrında UEFA-nın dəstəyi ilə hazırlanmış federasiyanın emblemi yenilənib. O, əsas elementi olan qalxan formasını saxlayır — cəsarət, qələbə və gücü simvolizə edən, rənglənmiş qartalla tamamlanan top və Moldovanın gerbinə istinad edir.
Fəaliyyəti Federasiyanın himayəsi altında futbol üzrə Moldova çempionatı, futbol üzrə Moldova kuboku və futbol üzrə Moldova Superkuboku keçirilir. Assosiasiya ölkənin əsas komandasının da daxil olduğu milli futbol komandalarının fəaliyyətini və idarə olunmasını təşkil edir.
İstinadlar
Kateqoriya:UEFA-nın üzv assosiasiyaları Kateqoriya:Moldovada futbol Kateqoriya:Futbol təşkilatları