Müasir İslam fəlsəfəsi — orta əsr İslam fəlsəfəsinin bəzi məsələlərini canlandırır. Bunlara xüsusilə elm və hüquqda mötəzilə və əşərilərin əxlaq baxışları arasındakı gərginliyi, müsəlmanların vəzifəsi və İslamın bilik sosiologiyasında və etik kodların və hüquqi kodların formalaşmasında, xüsusilə fiqh (yaxud "İslam hüququ") və cihad (yaxud "ədalətli müharibə") qaydaları və başqalarını örnək vermək olar.
Müasir İslam fəlsəfəsindəki önəmli şəxsiyyətlər Fərqli regionlardan olub məşhur axınları təmsil edən fiqurlar:
Cənubi Asiya Məhəmməd İqbal ― sosial ədalət ideallarına əsaslanan İslami oyanışa can atır və ənənəvi qaydaları təviq edirdi (məsələn, sələmçiliyə qarşı). O, qəti şəkildə iddia edirdi ki, ilk İslamda və xüsusən də Məhəmmədin özü tərəfindən dərindən rədd edilən dogma, millətçilik və açıq irqçilik müsəlmanları bir-birinə qarşı döyüşən qruplara parçalayır, materializm və nihilizmi təşviq edir. Onun düşüncələri milli şair kimi hörmət gördüyü Pakistanda azadlıq hərəkatının ortaya çıxmasında təsirli olmuşdur. Onun İslam anlayışı həmçinin dolayı yollarla Malkolm X və digər İslamın beş əsasına dayanan global etika axtarışında olan fiqurlara da təsir etmişdir. İqbalın fəlsəfi düşüncəsi əsasən yazarın 1934-cü ildə nəşr edilən "İslamda dini düşüncənin yenidən inşası" əsərində öz əksini tapmışdır. Fəzlur-Rəhman Məhəmməd Həmidullah Seyid Zəfər əl-Həsən M. A. Müqtədər Xan Əkbər S. Əhməd Cavid Əhməd Qamidi Feysəl Əbdürrauf
Avropa Şəbbir Əxtar
Şiə Dünyası Mürtəza Mütəhhəri Əli Şəriəti Musa əs-Sədr Seyid Hüseyn Nəsr Məhəmməd Baqir Sədr
Ərəb Dünyası İymayıl əl-Faruği Nadir əl-Bizri Əbu Əbdülrəhman ibn Aqil əl-Zahiri Taha Əbdülrəhman Həsən Hənəfi
Həmçinin bax İslam fəlsəfəsi İslam Dünyası Ensiklopediyası
İstinadlar
Xarici keçidlər "İslam fəlsəfəsi" kitabı nəşr olunub İslam fəlsəfəsindəki İslam və fəlsəfə tərkib hissələrinin mahiyyəti Kateqoriya:İslam fəlsəfəsi Kateqoriya:Fəlsəfə Kateqoriya:Fəlsəfi cərəyanlar və məktəblər