Çarxana — Azərbaycan Respublikasının Qəbələ rayonunun Çarxana kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Çarxana kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası 1846-ci ilin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin əvvəllərində maldarlıqla məşğul olmuş və sonralar oturaq həyata keçmiş çarxana (dörd evli) tayfası salmış və kənd də onların adı ilə adlandırılmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Qaraçayın sahilində, Hacallı düzündə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 817 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmış şəxsləri Qara Əhmədov — Tarix elmləri doktoru, professor, Azərbaycanda arxeologiya sahəsində ilk elmlər doktoru, AMEA-nın müxbir üzvü.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, tərəvəzçilik və maldarlıq təşkil edir.
Mədəniyyəti Kənddə Qara Əhmədovun ev-xatirə muzayi var.Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.
Din Kənddə Çarxana kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qəbələ rayonunun kəndləri