Beabadoobee (əsl adı: Beatris Kristi İlehay Laus; ) — Filippin-Britaniya müğənnisi. 2018–2021-ci illərdə "Dirty Hit" müstəqil musiqi şirkəti vasitəsilə beş minialbom buraxıb: "Lice" (2018), "Patched Up" (2018), "Loveworm" (2019), "Space Cadet" (2019) və "Our Extended Play" (2021). İlk tam formatli studiya albomu "Fake It Flowers" 2020-ci ilin oktyabrında işıq üzü görüb. İkinci albomu "Beatopia" 2022-ci il iyulun 15-də yayımlanıb. Üçüncü albomu "This Is How Tomorrow Moves" 2024-cü il avqustun 9-da buraxılıb və "UK Albums Chart"da birinci yerə yüksəlib.
B. Laus "The 1975" qrupunun "Music for Cars", Clairo-nun "Immunity", Oliviya Rodriqonun "Guts World" və Teylor Sviftin "The Eras" turlarında açılış ifaçısı olub. 2020-ci ildə "Brit Awards"da yeni ifaçı, "NME Awards"da "Radar" nominasiyalarında təqdim edilib. BBC-nin "Sound of 2020" tənqidçi sorğusunda perspektivli musiqiçi kimi qeyd olunub.
Erkən illəri və təhsili Filippində, İloilo şəhərində 2000-ci il iyunun 3-də andan olan B. Laus üç yaşında ikən valideynləri ilə Birləşmiş Krallığa köçüb. Qərbi London ərazisində yaşayıb. Uşaqlıq və yeniyetməlik illərində Filippin musiqisi, 1990-cı illərin pop və rok musiqiçilərinin repertuarı ilə tanış olub. Yeniyetməlik dövründə Karen O, "Yeah Yeah Yeahs", "Florist" və Alex G kimi indi-rok ifaçılarının yaradıcılığını dinləyib.
"Sacred Heart" Katolik təmayüllü qızlar məktəbində, sonra Hammersmit Akademiyasında oxuyub. 17 yaşında akademik uğursuzluq və davranış pozuntuları səbəbindən təhsildən uzaqlaşdırılıb. 7 il skripka təhsili alıb. 17 yaşında ikinci əl gitara əldə edib. "YouTube"dakı gitara dərslərindən faydalanıb. Kimya Douson və "Cuno" filminin musiqi tərtibatı onun musiqiyə başlamasına təkan verib.
Fəaliyyəti
Şəxsi həyatı B. Laus biseksualdır. Filippin dillərindən hiliqaynon və taqal dillərini anlayır, lakin bu dillərdə danışa bilmir.
Diskoqrafiya Studiya albomları Fake It Flowers (2020) Beatopia (2022) This Is How Tomorrow Moves (2024)
Minialbomlar Lice (2018) Patched Up (2018) Loveworm (2019) Space Cadet (2019) Our Extended Play (2021)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qadın gitaraçılar Kateqoriya:LGBT şəxslər Kateqoriya:LGBT müğənnilər Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:İngiltərə musiqiçiləri