Murtuzəli Müslümov () — 2017–2019-cu illərdə Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Karyerası Karyerası ərzində zədələrə görə nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmayan Murtuzəli Müslümov 2017-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Azərbaycan yığmasının heyətinə dəvət etdi. Murtuzəli Müslümov həmin dəvəti qəbul etdi və 2017-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.

Həmin ilin mayında Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Murtuzəli Müslümov turnirin final görüşündə İran nümayəndəsi Mustafa Hüseynxaniyə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.

2018-ci ilin fevralında Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vuran Murtuzəli Müslümov mayda Avropa Çempionatlarında debüt etdi. Rusiyada baş tutan turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Alexander Semisorova 10:8, 1/4 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Miroslav Kirova 8:2 hesabları ilə qalib gələn Murtuzəli Müslümov, 1/2 final mərhələsində Polşa nümayəndəsi Məhəmmədmurad Hacıyeva 2:4 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həmin görüşdə Belarus nümayəndəsi Əzəmət Nuriyeva 10:2 hesabı ilə qalib gələn Murtuzəli Müslümov Avropa Çempionatının bürünc medalına sahib oldu.

Murtuzəli Müslümov 2017-ci ildə Komandalararası Alrosa Cup turnirinin gümüş, 2018-ci ildə isə Komandalararası Əhməd Kadırov Turnirinin bürünc medallarına sahib olub.

2019-cu ilin mayında Rusiyada Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri beşinci pillədə başa vuran Murtuzəli Müslümov 25 yaşında idmanla vidalaşdı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə Azərbaycan12017İslam Həmrəyliyi Oyunları Azərbaycan2.22018Kiyev Turniri Ukrayna2.3Avropa Çempionatı Rusiya3.42019Ə. Əliyev Turniri Rusiya5.

İstinadlar

Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar