Elvira Mürsəlova (25 oktyabr 1982, Xəzər) — 1998–2002-ci illərdə Rusiyanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.
Karyerası Elvira Mürsəlova 1998-ci ilin iyulunda Mançester şəhərində (Birləşmiş Krallıq) baş tutan yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. 2002-ci ildə isə Elvira Mürsəlova Tirana şəhərində (Albaniya) baş tutan gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.
2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Elvira Mürsəlovanı Azərbaycan yığmasının heyətinə dəvət etdi. Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığması yeni-yeni formalaşdırılırdı. Elvira Mürsəlova həmin dəvəti qəbul etdi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.
2008-ci ildə Elvira Mürsəlova Avropa Çempionatlarında debüt etdi. Finlandiyanın Tampere şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Polşa nümayəndəsi Aqata Pyetrziya 2:1, 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Nataliya Sinişina 2:0, 1/2 final mərhələsində isə Belarus nümayəndəsi Tatyana Boxana 2:0 hesabları ilə qalib gələn Elvira Mürsəlova, final görüşündə İsveç nümayəndəsi İda-Teres Nerela məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu. Həmin ilin iyununda isə Elvira Mürsəlova Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu.
2008-ci ilin əsas turniri Yaponiyada baş tutan Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində Braziliya nümayəndəsi Joyce Silvaya 2:0, 1/4 final mərhələsində isə Ukrayna nümayəndəsi Alla Çerasovaya 2:0 hesabları ilə qalib gələn Elvira Mürsəlova, 1/2 final mərhələsində Yaponiya nümayəndəsi Ayao Şodaya məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həmin görüşdə ABŞ nümayəndəsi Dianna Rixa 2:0 hesabı ilə qalib gələn Elvira Mürsəlova Dünya Çempionatının bürünc medalına sahib oldu. Bununla da Elvira Mürsəlova Dünya Çempionatlarının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu.
2009-ci ilin iyulunda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Elvira Mürsəlova, 26 yaşında idmanla vidalaşdı.
Nəticələri SıraİlYarışEv sahibiNəticə Rusiya11998Yeniyetmələrin Dünya Çempionatı Birləşmiş Krallıq1.22002Gənclərin Avropa Çempionatı Albaniya3. Azərbaycan32008Avropa Çempionatı Finlandiya2.4Qızıl Qran-Pri Azərbaycan3.5Dünya Çempionatı Yaponiya3.62009Qızıl Qran-Pri Azərbaycan3.
İstinadlar
Kateqoriya:Rusiyanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları