Snapchat () — İvan Şpiqel, Bobbi Marfi və Reci Braun tərəfindən smartfonlar üçün hazırlanmış çarpaz platformalı ani mesajlaşma proqramıdır. O, istifadəçilərə bir-birinə mətn, foto, audio və video göndərməyə imkan verir. Tətbiq iOS və Androiddə mövcuddur. Tətbiqi daha çox ABŞ və İngiltərədə istifadə edirlər.

2020-ci ilin mart ayına olan məlumatına görə Snapçatın gündəlik 229 milyon aktiv istifadəçisi var. Hər gün orta hesabla 4 milyarddan çox Snap göndərilir. Snapçat daha çox gənc nəsil arasında məşhurdur.

Facebook, Snapçat tətbiqini almaq üçün 3.9 milyard dollar təklif etmişdir. Lakin Snapçat bu təklifi rədd edib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Mobil tətbiqlər Kateqoriya:Android proqramları Kateqoriya:Ani mesajlaşma proqramları Kateqoriya:Sosial şəbəkələr Kateqoriya:Veb xidmətlər Kateqoriya:Sosial media Kateqoriya:2011-ci ildə yaranan saytlar Kateqoriya:Seç-izlə xidmətləri Kateqoriya:Striminq media sistemləri Kateqoriya:2011-ci ildə ABŞ-də yarananlar