Rəvanə Qurbanova (Rəvanə Söhrab qızı Ərəbova, 21 iyun 1988, Şəki) — solo-ifaçı, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti.

Həyatı 21 iyun 1988-ci il tarixində Şəkidə anadan olub. Azərbaycan teatr rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü — Söhrab ƏrəbovunSöhrab Arabov , Vikipediya. qızıdır.

2002-ci ildə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin xanəndəlik sinfini, 2006-cı ildə Şəki şəhər 19 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində bakalavr pilləsi üzrə, 2011–2013-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

Təhsil illərində xalq artistləri Canəli Əkbərov və Səkinə İsmayılovadan dərs alıb.

2011-ci ildə tarzən Rövşən Qurbanovla ailə həyatı qurub. Bir qızı və bir oğlu var.

2019-cu ildən Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

Fəaliyyəti 2023-cü il 4 dekabrda Beynəlxalq Muğam Mərkəzində həyat yoldaşı, tarzən Rövşən Qurbanovla birgə “Qəlbimizin səsi” adlı solo konsert vermişdir. 2007-ci ildə keçirilən Muğam Televiziya Müsabiqəsində III yeri tutub.2-ci Muğam Televiziya Müsabiqəsi 2007 ,.Üç aydan çox davam edən "Muğam Müsabiqəsi – 2007" maraqlı final yarışması ilə başa çatdı mehribanaliyeva.preslib.az 2009-cu ildə keçirilən "Muğam aləmi" I Beynəlxalq Muğam Festivalının diplomantıdır.

2008-ci ildə İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında SƏRƏNCAM 05.03.2008

2017-ci il dekabr ayının 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında baş rolu – Leyli rolunu ifa edib.Opera səhnəmizdə yeni Əsli və Leyli , anl.azHacıbəyov — "Leyli və Məcnun" operası , Mədəniyyət TV.

2018-ci il 10 iyun tarixində Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında baş rolu — Şahsənəm rolunu ifa edib."Aşıq Qərib" operası:Şahsənəm ,

2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində "Vətənim" adlı solo-konserti olub."Vətənim" Rəvanə Qurbanova və "Buta" instrumental ansamblının konserti , Mədəniyyət TV. 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə "Oxu tar" adlı solo-konserti baş tutub.Rəvane Qurbanova — Solo konsert ,

2011-ci ildə Qəbələ III Beynəlxalq Musiqi FestivalındaQəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları Şəkidə konsert vermişlər anl.az, 2013-cü ildə "Muğam aləmi" III Beynəlxalq Muğam festivalında, 2021-ci ilin may ayının 12–13-də Şuşada keçirilmiş tarixi Xarıbülbül Musiqi Festivalında solo-ifaçı kimi iştirak edib.IV Festival — 2021 , "Xaribülbül" Beynəlxalq Folklor Festivalı. "Xarıbülbül" Musiqi Festivalı , 2023-cü ildə “Zəfər” Musiqi və Teatr Festivalında çıxış etmişdir 2023-cü ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşaiyəti ilə konsert proqramında çıxış edib. https://azertag.az/xeber/filarmoniyanin_sehnesinde_azerbaycan_dovlet_xalq_chalgi_aletleri_orkestrinin_konserti_teskil_olunub-2779786 Hazırda musiqi sənətinin inkişafı və təbliği istiqamətində fəal şəkildə fəaliyyətimi davam etdirirəm. Eyni zamanda, milli musiqi irsimizin qorunması, gələcək nəsillərə ötürülməsi və yeni ifaçıların yetişdirilməsi istiqamətində çalışıram.

Səfərləri Rəvanə Qurbanova ölkə hüdudlarından kənarda da Azərbaycan milli musiqi sənətini təbliğ edir. TarixTədbirlər8–14 aprel 2008Türkmənistanın Aşqabad şəhərində keçirilən Musiqi festivalıTürkmənistanda beynəlxalq musiqi festivalı keçirilir , anl.az.23–26 may 2008Belarusun Minsk şəhərində keçirilən "Ulu Öndər Heydər Əliyev"in 85 illik anım gecəsi18–20 dekabr 2008Avstriyanın Vyana şəhərində Avstriya Milli Kitabxanasında Azərbaycan guşəsinin açılış mərasimi24–27 noyabr 2009Almaniyanın Berlin şəhərində Qarabağla bağlı təşkil edilmiş konsert proqramı13–15 may 2010Litvanın Vilnus şəhərində Azərbaycan milli musiqisinin təbliği ile bağlı konsert proqramıLitvada Azərbaycanın milli musiqisi səslənəcək , medeniyyet.az.24–27 yanvar 2011Fransanın Strasburq şəhərində təşkil edilmiş Muğam Jazz kompozisiya konserti4–22 may 2011Amerikanın Texas ve Kaliforniya Ştatının şəhərlərində (Hyuston, Los Angeles, San-Fransisko, Vaşinqton) Əməkdar artist Emil Əfrasiyabın Muğam Jazz kompozisiya silsilə konsertləriМастера азербайджанской культуры выступили в США , anl.azВ рамках визита в США мастера искусств Азербайджана выступили в Вашингтоне с итоговой концертной программой, azertag.az.8–14 may 2012Londonda Kraliça II Elizabetin taxta çıxmasının 60 illik yubileyi ilə bağlı tədbirAzerbaijani Karabakh breed horses presented at jubilee of British Queen's reign (PHOTO) , trend.az. 15.05.2012.27–30 avqust 2014Gürcüstanın Tiflis şəhərində keçirilən "Musiqi Festivalı"13–15 may 2018Dubayda keçirilən "Azərbaycan Mədəniyyət günləri"25–27 oktyabr 2019Finlandiyanın Helsinki şəhərində keçirilən Azərbaycan mədəniyyət günləriHelsinkidə Azərbaycan mədəniyyət günü keçirilib , 27.10.201922–28 sentyabr 2021Meksikanin Tampiko şəhərində ölkə mustəqilliyinin 200 illiyi münasibətilə yubiley tədbiriAzərbaycanın musiqisi və rəqsləri Meksika səhnəsində , medeniyyet.az25–26 sentyabr 2021Moskvada Rusiya Milli Musiqi Muzeyi BMM (Beynəlxalq Mətbuat Mərkəzi) ile əməkdaşlıq muqaviləsinin imzalanması ilə əlaqədar konsert proqramıBeynəlxalq Muğam Mərkəzinin Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlığı , medeniyyet.az.6–8 noyabr 2021İstanbulda keçirilən "Zəfər Günü" ilə bağlı tədbir2–6 dekabr 2021İsveçrənin Bazel şəhərində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı təşkil edilən tədbirBazel şəhərində Nizami Gəncəvi gecəsi və muğam axşamı təşkil edilib, azertag.az. 06.12.202113-14 oktyabr 2023Şuşa şəhərində I Türk Dünyası Mədəniyyət Forumunun bədii hissəsində qəzəllərdən ibarət konsert7-14 noyabr 2023Avstriyanın Vyana şəhərində 9 noyabr Zəfər günü ilə bağlı Azərbaycan mədəniyyət mərkəzində konsert 21 mart 2025 Fransanın Strasburq şəhərində Novruz bayramı münasibətilə keçirilən muğam konsertində çıxış edib. 23 mart 2025 İsveçrənin Bern şəhərində Novruz bayramına həsr olunmuş proqramın konsert hissəsində çıxış edib. 23 may 2025 Türkiyənin İğdır şəhərində "Azərbaycan Anayasa və Egemenlik Yılı" münasibətilə keçirilən konsertdə çıxış edib. 24 may 2025 Türkiyənin Qars şəhərində Azərbaycan mədəniyyətinə həsr olunmuş defile və konsert proqramında çıxış edib. 27 may 2025 İstanbulda "Konstitusiya və Suverenlik İli" və 28 May - Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan muğamı nümunələrini ifa edib. 28 may 2025 İzmir şəhərində 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunmuş konsert proqramında çıxış edib. 19 mart 2026 Fransanın Paris şəhərində Novruz bayramı konsertində çıxış edib. 22 mart 2026 Niderlandın Rotterdam şəhərində Novruz bayramı konsertində çıxış edib. 3 may 2026 Vyetnamın Hanoy şəhərində Vyetnamda yaşayan azərbaycanlılarla keçirilən görüşdə iştirak edib. Görüş Vyetnam azərbaycanlıları, həmçinin əvvəllər Bakıda təhsil almış vyetnamlılarla keçirilən ilk genişmiqyaslı görüş kimi qeyd olunub. 5 iyun 2026 Türkmənistanın Aşqabad şəhərində Azərbaycan Mədəniyyət Günləri çərçivəsində keçirilən qala-konsertdə çıxış edib. 17 avqust 2026 Rumıniyanın Maramureş vilayətinin Tsırqu-Lapuş şəhərində Maramureş vilayəti Gününə həsr olunmuş beynəlxalq festivalda Azərbaycan muğamını təqdim edib. Tədbirdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri sırasında Rəvanə Qurbanova, Xəyyam Məmmədov və Elçin Abbasov milli musiqi və muğam nümunələri ifa ediblər. 22–25 oktyabr 2026 Anqolanın Luanda şəhərində keçirilən AnqoJazz festivalında iştirak edib. Həmçinin bax Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Zəfər sədası" musiqi festivalı keçirilib "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı "Muğam axşamları"nda "Bayatı-Qacar" və "Şüştər" Leyla Əliyeva Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə paylaşım edib V Beynəlxalq Muğam Festivalının açılış konserti Mənsum İbrahimov, Elçin Həşımov və Elnur Əhmədovun birgə layihəsi

İstinadlar

Xarici keçidlər YouTube kanalı —Rəvanə Qurbanova