Mehmed Ali Şahin (; ) — Türkiyə siyasətçisi. O, 2009–2011-ci illərdə Türkiyə parlamentinin sədri olmuşdur.
O, hakim Ədalət və İnkişaf Partiyasının namizədi kimi üç dəfə İstanbul vilayətindən və Antalya vilayətindən millət vəkili olmuşdur. Şahin baş nazirin müavini, ədliyyə naziri və idmana məsul dövlət naziri vəzifələrində çalışmışdır. O, hüquqşünasdır və İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. Şahin parlamentə girməzdən əvvəl regional siyasətlə məşğul olmuş, İstanbulun Fateh rayonunun bələdiyyə başqanı, Rifah Partiyası, daha sonra Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası ilə birlikdə çalışmışdır.Newspaper Radikal
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Türkiyə nazirləri Kateqoriya:TBMM XX çağırış deputatları Kateqoriya:TBMM XXI çağırış deputatları Kateqoriya:TBMM XXII çağırış deputatları Kateqoriya:TBMM XXIII çağırış deputatları Kateqoriya:TBMM XXIV çağırış deputatları Kateqoriya:Türkiyə Böyük Millət Məclisinin sədrləri Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri Kateqoriya:TBMM XXVI çağırış deputatları Kateqoriya:İstanbul ilinin deputatları