Al yelkənlər — Aleksandr Qrinin 1916–1922-ci illər arasında qələmə aldığı kiçikölçülü romantik sevgi macərası üzərində qurduğu romanı. Hadisələrin gedişi əsərin qəhrəmanlarının, hiss edilmədən bütün gözəl arzuların çin olduğu bir aləmə aparıb çıxarırAleksandr Qrin, Al yelkənlər. Bakı, QANUN nəşriyyatı, 2021, 128 səh..

Kitabdakı bütün hadisələr tamamilə Aleksandr Qrinin təxayyülünün məhsulu olub, hər hansı real hadisəyə söykənmir. Kitab əsasında çoxsaylı teatr tamaşaları hazırlanmış, musiqi əsərləri bəstələnmiş və film çəkilmişdir.

Personajlar Matroq Lonqren Menners Assol — Lonqrenin tək övladı Artur Qrey Lilian Qrey — ana Cim — Qreylərin mehtəri Betsi — Qreylərin qulluqçularından biri Kapitan Qop Letika — matros Xin Menners — mehmanxanaçı Panten — kapitan (Qreyin) köməkçisi Tsimmer — "Nağd pul" meyxanasında dənizçiləri əyləndirən skripkaçı Duss — Tsimmerin iş ortağı Atvud — bosman Frits — təbilçi

Xarici dillərə tərcümə Hekayə ingilis, alman, ispan, polyak, ukrayna, belarus, yunan, italyan, çin, macar, bolqar, vyetnam, türk və s. dünya dillərinə tərcümə olunmuşdur. Türkcəyə Hazal Yalın tərəfindən ("Helikopter" nəşr evi, İstanbul, 2016) tərcümə edilib.

Tənqid 1955-ci ildə Konstantin Paustovski "Qızıl qızılgül" kitabında povestin əhəmiyyətini belə qiymətləndirmişdir: "Əgər Qrin bizə yalnız "Al yelkənlər" adlı nəsir poemasını qoyub dünyasını dəyişsəydi, təkcə bu əsər belə onu insan qəlbini kamilliyə çağırışı ilə həyəcanlandıran görkəmli yazıçılar sırasına daxil etmək üçün kifayət edərdi".Паустовский К. Г. Александр Грин // Золотая роза. — Собрание сочинений в 6 томах. — М.: Государственное издательство художественной литературы, 1957. — Т. 2. — С. 487—699. — 150 000 экз.

Ədəbiyyatşünas Olqa Yeryomina qeyd edir: "Hər bir görkəmli bədii əsər kimi Qrinin "Al yelkənlər" feeriyası da məzmun baxımından çoxqatlıdır. Əsəri yenidən oxuduqca hər dəfə yeni və parlaq obrazlar kəşf etmək, müəllifin düşüncələrinin dərinliyini araşdırmaq və bu kitabın, Qrinin sözləri ilə desək, "ruhun həyatla söhbətində zəruri olan, onsuz özünü anlamağın çətin olduğu sözə çevrilməsinə çalışmaq mümkündür".

Film adaptasiyaları

"Al yelkənlər" (1961), rejissor Aleksandr Pyutko "Al yelkənlər" (1978) — televiziya tamaşası, rejissor Qalina Samoylova. Assol rolunda Yelan Koreneva, Qrey rolunda Yevgeni Qerasimov. "Assol" (1982) — rejissor Boris Stepantsevin aktyor görüntüsünün rəsm dekorasiyalar ilə birləşdirilməsi əsasında hazırlanmış eksperimental işi. "Al yelkənlər haqqında həqiqi hekayə" (2010), rejissor Aleksandr Stekolenko. "Al yelkənlər" (2022) — Pietro Marçellonun rejissorluğu ilə çəkilmiş Fransa, İtaliya və Almaniyanın birgə istehsalı olan film. Filmin orijinal adı "L'Envol" ("Uçuş"), beynəlxalq adı isə "Scarlet"dir.

Heykəllər Baş qəhrəman Assolun heykəli aşağıdakı yerlərdə qoyulmuşdur:

Kirov şəhərindəki S.M.Kirov adına parkda; Gelencik şəhərində, mərkəzi sahildə Angulem küçəsi yaxınlığında; Xantı-Mansiysk şəhərinin sahilində; Çerepovest şəhərində, Lenin küçəsində.

1967-ci ildə Slobidskoy şəhərində A.Qrinin povestinin şərəfinə, həmçinin Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının 50 illiyi nümasibətilə "Al yelkən" obeliski ucaldılmışdır.

İstinadlar

Xarici keçidlər ["Al yelkənlər" - qısaldılmış mətn] Kateqoriya:Uşaq ədəbiyyatı Kateqoriya:Rus ədəbiyyatı Kateqoriya:Rus dilində ədəbiyyat Kateqoriya:Rus dilində romanlar