Heydər Əliyev küçəsi — Astanada Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan küçə.

Haqqında Heydər Əliyevin şərəfinə adlandırılmış küçə Astananın Yesil rayonunda yerləşir. Dördzolaqlı küçə Ulu Dala prospekti ilə kəsişir. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar.

Açılışı 10 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev küçənin açılış mərasimində iştirak ediblər. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılışına demişdir:

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib:

Həmçinin bax Heydər Əliyev prospekti (Bakı) Heydər Əliyev prospekti (Gəncə)

İstinadlar

Xarici keçidlər

Astanada Heydər Əliyev küçəsinin açılışı olub

Kateqoriya:Heydər Əliyevin şərəfinə adlandırılmış obyektlər Kateqoriya:Astana küçələri