Caqarqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun Kuzunqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.

Toponimikası Caqarqışlaq oyk, mür. Dağətəyi düzənlikdədir. Oykonim Caqar (kənd adı) və qışlaq komponentlərindən düzəlib. Kənd Caqar kəndinə məxsus keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 641 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Qusar rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qusar rayonunun kəndləri