Atlıxan — Azərbaycan Respublikasının Qusar rayonunun Kuzunqışlaq kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Ləzgilərin kuzunar xeli(klan) Qusar dağlarında yerləşən Kuzun kəndindən köç edərək Qusar malı düzənliyində Atlıxan və Kuzunqışlaq kəndlərini salmışdır. Kəndin ərazisi tarixi olaraq Kuzunar klanın tərəfindən istifadə olunmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, Atlıxan əslən Kuzun kəndindən olan bir klan (xel) başçısının adıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427

Toponimikası Atlıxan oyk, sadə. Qusarçayın sahilində, Yan silsiləsinin ətəyindədir. Oykonim Atlıxan şəxs adı ilə bağlı yaranmışdır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 664 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629

Sixillər

Kuzunar xele(klan) daxil kəndəki sixillər (sept, soylar):

Ğezerar K’adiyar K’ehdirar Kemec’ar Mehenar Talaq’ar Tat'ahaxar Yak’ubar Təhsilin vəziyyəti Bir orta məktəb binası var.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kuzun Kuzunqışlaq Qusar rayonu

Kateqoriya:Qusar rayonunun kəndləri