Stevan Şuplikats (; ) — Avstriya ordusu, Serb qubernatoru.

Həyatı Stevan Şuplikac 1786-cı ildə Petrinyedə anadan olub. 1805-ci ildə Avstriya ordusuna qatıldı. 1809-cu ildə İlliriya əyalətləri yarandıqdan sonra o, Fransa ordusuna qoşulmuş, 1812-ci ildə Napoleonun Rusiyadakı kampaniyasında köməkçi Xorvat alaylarında iştirak etmiş və burada Fəxri Legion Cəngavəri adına layiq görülmüşdür. 1814-cü ildə Napoleonun məğlubiyyətindən sonra Stevan Şuplikats yenidən Avstriya ordusunun əsgəri oldu, Banat və Likada yerləşən Oqulin alayına komandanlıq etdi. Sonra Cozef Radetzkinin rəhbərliyi altında briqada komandiri oldu, Dəmir Tac Ordeninin Böyük Xaçı ilə təltif edildi. 1848-ci ildə İtaliyada inqilabın yatırılmasında iştirak etmişdir. 1848-ci ilin mayında Avstriya İmperiyasının cənub hissəsində xalq yığıncağına toplaşan serblər muxtar Serb Voyvodinasının yaradıldığını elan etdilər və Stevan Suplikacı Serb qubernatoru seçdilər. İnqilablar zamanı Voyvodinada çoxlu döyüşlər gedirdi, iyunda macar və serb qrupları döyüşməyə başladı. Baş komitənin rəhbəri general Stratimiroviç mayın 10-da Şahzadə Aleksandrı kömək etməyə çağırdı və komissar Stevan Kniçanindən şəfaət istədi. İyun və iyul aylarında Knyazlığın böyük bir könüllü dalğası Voyvodina'ya girdi. Macarlar bu zaman serblərlə dost deyildilər, lakin dəstək Vyanadan gəldi — yeni imperator Franz İosif Serb Voyvodinasının yaradılmasını təsdiqlədi, Şuplikats isə hersoq kimi seçdilər. O, oktyabrın 6-da Serb milli qoşunlarının ali hərbi komandanı oldu. Dekabrın 15-də Pançevoda vəfat etdi, Kruşedol monastırında dəfn edildi.Charles Jelavich, South Slav nationalisms, p. 192, ,

100px|thumbnail|| Kruşedoluda Stevan Şuplikats məzarı 150px|thumbnail|| Pancevodakı heykəl, Olja İvanjiçkinin əsəri

Mükafatları "Fəxri legion" ordeni Dəmir Tac ordeni

İstinadlar