Anatoliy Anatoliyeviç Semyonov (, ) daha çox Deep-Ex-Sense ləqəbi ilə tanınır. rusiyalı hip-hop ifaçısı və batl-reper. və layihələrinin iştirakçısı olub. RBL:All Stars və RBL:Universe layihələrinin qalibi olub. Slovo:Krasnodar layihəsinin dörddə bir final mərhələsinə qədər yüksəlib. Rusiyanın ən güclü batl-reperlərindən biri hesab olunur.

Bioqrafiya 2 yanvar 1992-ci ildə Georgiyevskdə dünyaya göz açıb. 2011-ci ildə ilk bəstələrini yazmağa başlayıb. 2013-cü ildə müxtəlif onlayn batl proyektlərində iştirak edib. 2014-cü ildə getdikcə populyarlaşan oflayn batl proyektlərinə qoşulub. 2016-cı ildə RBL layihəsinin açılış tədbirində ΨBOY ilə qarşılaşıb.

2018-ci ildə RBL-nin ikinci mövsümündə iştirak edib. Plane Dead-ə qarşı mübarizədən qalib ayrılaraq növbəti mərhələyə yüksəlib. Dörddə bir final mərhələsində Beyond-a məğlub olub. Elə həmin il o, 8 trekdən ibarət olan "Şaqqot"() adlı konseptual albomunu təqdim edib.

2019-cu ildə RBL:All Stars layihəsi çərçivəsində qələbə qazanıb. Həmin ilin payızında "Hip-Hop.ru"nun sayca 17-ci onlayn batlında iştirak edib və 4-cü raundda məğlub olaraq mübarizədən kənarlaşıb.

2019-cu ildə o, "Nekromorf" adlı və digər sənətçilərə ünvanlanmış diss trekini onlayn edib.

Versus:Team-up proyekti çərçivəsində iştirakı nəzərdə tutulurdu, lakin rəqibinin intiharından sonra turindən kənarlaşıb.

2020-ci ilin payızında o, RBL Universe layihəsi çərçivəsində "Plastik dünya"() komandası daxilində finala yüksəlib və qalib gəlib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya repçiləri