Şəhrizad — Vahid Məmmədlinin bolşevik işğalından sonra vətənpərvər azərbaycanlıların üzləşdikləri faciələr, repressiya illərində məruz qaldıqları əzablı sürgün həyatlarının bədii təcəssümü olan romanı.Gülnar Səma (Qasımlı). "Bölgələrdə ədəbi həyat–2019". Ədəbi proses — 2019, VII, "Hədəf" nəşrləri, Bakı - 2020. səh. 203 ISBN 978-9952-534-04-7

Roman müəllifin öz (rus dilinə) tərcüməsində Rusiyanın "Eksmo" nəşriyyatında çapa hazırlanır. anl.az

Məzmun

Stalinin bolşevik rejimindən öncəki Bakıda təşkil etdiyi bank soyğunları, milyonçu Musa Nağıyevin oğurlanması, qarətlər, Şuşa əsilzadələri Şəhrizad və Talıbın əzablı sevgi hekayətləri və sürgün həyatı, şair Məlik Məftunun, bəy oğlu Məmmədrəsulun, mərd el ağsaqqalı Sibir Qəzənfər və digər obrazların timsalında bolşevik işğalı dövrünün təsirli hekayətində xalqın öz kökündən dönməməsi, namus və milli kimliyin qələbəsindən söhbət açılır.

“Gözəlliyə olan sevgi zövq işidirsə, gözəllik yaratmaq incəsənətdir” fəlsəfəsini romanın əsas ideya xəttinə çevirən müəllif Şəhrizadın və xalçaçılıq sənətinin, sevgi və ədəbiyyatın timsalında, qadın və incəsənətin böyük bir qüvvə olduğunu, bu qüvvənin qarşısında Stalinin simasında ən güclü diktatorların da aciz olduğunu təsvir edir.

Həmçinin bax

Palıda sarılmış üzüm Leyli və Məcnun

İstinadlar

Xarici keçidlər

Vahid Məmmədlinin Əsərlərində Real Hadisə Və Folklor Ənənələri Türkay Dergi Vahid Məmmədlinin “Şəhrizad” romanında Xalqın və Çağın obrazı - Aqşin Yenisey yazır

Kateqoriya:Qanun nəşriyyatının kitabları