Naxçıvanda əlavə parlament seçkiləri (2011) — 2011-ci ilin oktyabr ayında Naxçıvan Ali Məclisində boş qalan mandat üçün keçirilmiş əlavə parlament seçkiləri.
Zəmin 2010-cu il Naxçıvan Ali Məclisinə keçirilmiş seçkilər ilə formalaşmış Naxçıvan Ali Məclisinin 6 saylı Çərçiboğan seçki dairəsi üzrə seçilmiş bitərəf siyasətçi Məmməd Yarəli oğlu Məmmədov 21 may 2011-ci il tarixində ölmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 4 avqust 2011-ci il tarixli frəmanı ilə 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə oktyabrın 2-nə əlavə seçkilər təyin edilmişdir.
Namizədlər 6 saylı Çərçiboğan seçki dairəsi üzrə Ali Məclisə deputatlığa 3 nəfər — 2 nəfəri Yeni Azərbaycan Partiyası üzvü, 1 nəfəri isə bitərəf namizəd olmuşdur.
Seçki nəticələri
Ən çox səs toplamış Yeni Azərbaycan Partiyası üzvü Kamal Həsən oğlu Camalov həmin seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir.
Ümumi Məntəqə sayı8Seçici sayı5 451Səslərin sayı3 120Etibarlı səslərin sayı3 118Seçici aktivliyi57.20%Deputat sayı1
Dairə üzrə PartiyaNamizədTopladığı səsSəs faizi (%)BitərəfYeni Azərbaycan PartiyasıYeni Azərbaycan PartiyasıKamal Həsən oğlu CamalovEtibarlı səslərin sayı3 118100Etibarsız səslərin sayı2-
Qeydlər
İstinadlar
Kateqoriya:Azərbaycanda əlavə, təkrar və yeni parlament seçkiləri Kateqoriya:2011-ci ildə Naxçıvan Muxtar Respublikası Kateqoriya:2011-ci ildə seçkilər