Xaçmazqışlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Rayon mərkəzindən 30 km cənub–şərqdə, Xaçmaz kəndinin cənubunda, Ağçayın sağ sahilində yerləşir. Xaçmaz İnzibati Ərazi Dairəsinə daxildir. "Xaçmaz" sözünün mənasını yuxarıda aydınlaşdırdıq. "Qışlaq" isə – qışı keçirmək üçün bina və s. olan yer, oba, kənd" mənasındadır"Azərbaycan dilinin izahlı lüğəti", III cild, Bakı, 2006, səh. 151. Kəndin əhalisi (557 nəfər) heyvandarlıq, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Oğuz–Xaçmaz avtobus marşrutları Xaçmazqışıaq kəndinin yaxınlığından keçir.
Toponimikası Xaçmazqışlaq Qalaçayın sahilində Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin ərazisi vaxtilə Xaçmaz kəndinə məxsus qışlaq yeri olmuş, tədricən daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim "Xaçmaz kəndinə məxsus qışlaq" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 514 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Oğuz rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Oğuz rayonunun kəndləri