''Pro Armenia'' () — iki həftədə bir buraxılan fransızdilli jurnal. 1900-cü ildə təsis edilmişdir və ermənipərəst mövqe tuturdu. Jurnalın məqsədi Avropada Osmanlı imperiyasında yaşayan ermənilərinin vəziyyəti haqqında məlumat yaymaq idi. Bu, Daşnaksutyunun həmtəsisçisi Xristofor Mikaelyanın təşəbbüsü ilə bir sıra tanınmış Dreyfusçu və solçu ziyalıların köməyi ilə yaradılmışdır. Pyer Kiyar onun baş redaktoru, Jan Longe isə katibi idi. Onun redaksiya komitəsinin üzvləri Jorj Klemanso, Anatol Frans və başqaları idi. 1908-ci il Osmanlı konstitusiya inqilabından sonra nəşri müvəqqəti olaraq dayandırılmışdır. 1912 və 1913-cü illərdə "Pour les Peuples d'Orient" adı ilə yenidən nəşr olunmuşdur. 1914-cü ildə orijinal adı bərpa edilmişdir, lakin həmin il nəşrini dayandırmışdır.
İstinadlar
Xarici keçidlər Rəqəmsallaşdırılmış nömrələri
Kateqoriya:Fransız dilində jurnallar Kateqoriya:Fransa erməniləri Kateqoriya:1900-cü ildə yaranan qəzetlər Kateqoriya:Daşnaksutyun Kateqoriya:Ermənistan jurnalları