Ernesto Sedilyo Ponse de Leon (; ) — 1 dekabr 1994-cü ildən 30 noyabr 2000-ci ilə qədər Meksika Prezidenti. Onunla birlikdə, bir neçə onilliklər ərzində nümayəndələri Meksikanın prezidentləri olmuş İnstitusional İnqilab Partiyasından hakimiyyətə davamlı nəzarəti sona çatmışdır. İnstitusional İnqilab Partiyası 2012-ci ildə Enrike Penya Nyeto prezident olduqdan sonra hakimiyyətə qayıtmışdır.
Fəlsəfə doktoru (1974), Yel Universitetinin professoru, Amerika Fəlsəfə Cəmiyyətinin xarici üzvü (2011).
Həyatı Ernesto Sedilyo Ponse de Leon 27 dekabr 1951-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olmuşdur. O, fəhlə ailəsinin oğlu idi. 1972-ci ildə iqtisadiyyat üzrə Milli Politexnik İnstitutunu bitirmiş, 1978-ci ildə ABŞ-nin Yel Universitetində fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1971-ci ildə Siyasi və İqtisadi Tədqiqatlar İnstitutu vasitəsilə İnstitusional İnqilab Partiyasına (İİP) qoşulmuşdur. 1987-ci ildə Plan və Büdcə Nazirliyinin katibi vəzifəsinə təyin edilmişdir. 1992-ci ildə xalq maarif katibi vəzifəsinə təyin olunmuşdur. İİP-dən namizəd kimi 1994-cü ildə prezident seçkilərində kiçik fərqlə qalib gəlmişdir. O, 2000-ci ilə qədər Meksika Prezidenti vəzifəsində çalışmışdır.
O, prezidentliyi dövründə Meksika iqtisadiyyatını sabitləşdirməyə nail olmuş, korrupsiya ilə mübarizə üçün bir sıra islahatlara başlamış və 1996-cı ildə Sapatista Milli Azadlıq Ordusu ilə San-Andres sazişlərini imzalamışdır. O, həmçinin Aİ ilə kommersiya danışıqlarına girmiş, 2000-ci ildən qüvvədə olan azad ticarət sazişinə nail olmuşdur. 1999-cu ildə o, daha demokratik və şəffaf prosesin lehinə prezident seçkiləri üçün İİP-dən namizədliyini irəli sürməkdən imtina etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Castañeda, Jorge G. Perpetuating Power: How Mexican Presidents Were Chosen. New York: The New Press 2000. Cornelius, Wayne A., Todd A. Eisenstadt, and Jane Hindley, eds. Sub-national Politics and Democratization in Mexico. San Diego: Center for U.S.-Mexican Studies, University of California, 1999
Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997.
Preston, Julia and Samuel Dillon. Opening Mexico: The Making of a Democracy. New York: Farrar, Straus & Giroux 2004. Purcell, Susan Kaufman and Luis Rubio (eds.), Mexico under Zedillo (Boulder, CO, and London: Lynne Rienner Publishers, 1998) Schmidt, Samuel (2000). México encadenado: El legado de Zedillo y los retos de Fox. Mexico D.F.: Colibrí.
Xarici keçidlər
Extended biography by CIDOB Foundation The website of Ernesto Zedillo during his presidency
Kateqoriya:Meksika prezidentləri Kateqoriya:Yel Universitetinin müəllimləri