May islahat layihəsi — Avropa dövlətləri tərəfindən təklif edilən, Osmanlı imperiyasında yaşayan ermənilər haqqında 11 may 1895-ci il tarixli islahatlar toplusu. Layihədə ermənilərin yaşadığı altı vilayətdə mərkəzi hakimiyyətin möhkəmləndirilməsi, ictimai həyatın inkişafı, istehsalın və iqtisadiyyatın tənzimlənməsi, habelə xristianların kürd tayfa başçılarının özbaşınalığından qorunması nəzərdə tutulurdu.Լեո. Հայոց հարցի վավերագրերը, Թավրիզ, 1915 Layihə 1895-ci ilin oktyabrında imzalanmış və Sultan II Əbdülhəmidə təqdim edilmişdir. Bu layihə heç vaxt həyata keçirilməmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:XIX əsrdə Osmanlı imperiyası Kateqoriya:Osmanlı imperiyasında siyasət Kateqoriya:Erməni milliyətçiliyi Kateqoriya:Ermənistan tarixi Kateqoriya:XIX əsrdə Ermənistan