Əbdülməcid Məsud oğlu və ya Əbdülməcid ibn Məsud () — XIII əsr Azərbaycan memarı. Ehtimala görə, Bakıdakı Qız qalasının üzərindəki kitabədə adı çəkilən Məsud ibn Davudun oğludur. Əsərlərindən yalnız Mərdəkandakı Dairəvi qala (1232–1233) dövrümüzədək saxlanılır. Qalanın daxili bürcünün üzərindəki kitabədə onun adı həkk edilmişdir. Şirvanşahların Bakı limanındakı "Bayıl qəsri"nin (1235) memarlarından biri olması da ehtimal edilir.
İstinadlar
Kateqoriya:Azərbaycan memarları Kateqoriya:XIII əsr memarları