Lasaro Kardenas del Rio (; ) — Meksika siyasətçisi və hərbçisi, Meksika inqilabı illərində (1910–1917) general və Meksika Prezidenti (1934–1940). Milli İnqilab Partiyasının nümayəndəsi olmuşdur. O, solçu islahatçı kursu davam etdirmiş, aqrar islahatların həyata keçirilməsini gücləndirmiş, əmək qanunvericiliyini və həmkarlar ittifaqlarının səlahiyyətlərini gücləndirmiş, qadınların hüquqlarına və ümumi seçki hüququna zəmanət vermiş, xalq maarifini inkişaf etdirmiş və savadsızlıqla mübarizə aparmış, neft və dəmir yolu şirkətlərini milliləşdirmişdir.
Həyatı Lasaro Kardenas del Rio 21 may 1895-ci ildə Meksikada, Miçoakan ştatının Xikilplan-de-Xuarez şəhərində anadan olmuşdur. 1913-cü ildə inqilabi ordu sıralarına qoşulmuş, tezliklə kapitan, 1920-ci ildə isə general rütbəsi almışdır. 1920-ci illərdə Tampikoda qarnizona komandirlik etmiş və Miçoakan ştatının qubernatoru seçilmişdir. 1929-cu ildə Milli İnqilab Partiyasının (MİP) qurucularından biri və sədri olmuşdur. Kardenas 1931-ci ildə daxili işlər naziri, 1933-cü ildə Hərbi Dəniz Qüvvələri naziri vəzifələrində xidmət etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Meksika prezidentləri Kateqoriya:Meksika generalları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları