Qustav Robert Kirxhof (; ) — Almaniya fiziki. O, Berlin Elmlər Akademiyasının üzvü (1840),Robert (Gustav Robert) Kirchhoff London Kral Cəmiyyətinin xarici üzvü (1863), Sankt-Peterburq Elmlər Akademiyasının (1854)Профиль Густава Роберта Кирхгофа на официальном сайте РАН və Paris Elmlər Akademiyasının (1864)Les membres du passé dont le nom commence par K müxbir üzvü olmuşdur.

Həyatı 1846-cı ildə Köniqsberq universitetini bitirmişdir. Breslau (1850) və Heydelberq (1854) universitetlərinin professoru olmuşdur. Riyaziyyat kafedrasına rəhbərlik etmişdir. 1875-ci ildən Berlin Universitetində fizika kafedrasına rəhbərlik etmişdir. Əsas elmi işləri optika, elektrodinamika və mexanikaya həsr olunmuşdur. O, 1847-ci ildə Kirxhof qanunları kimi tanınan geniş elektrik dövrəsində elektrik cərəyanlarının paylanması qanunlarını təyin etmişdir. Kondansatorun boşaldılması və elektrik induksiyası tədqiq edilmişdir. Mexanika sahəsində mexaniki deformasiyanı, elastik cisimlərin mexaniki tarazlığını və hərəkətini, maye axınını öyrənmişdir. O, 1859-cu ildə Kirxhof şüalanma qanunu kimi tanınan istilik şüalanmasının əsas qanunlarından birini tərtib etmiş, fizikaya mütləq qara cisim anlayışını daxil etmişdir. 1859-cu ildə Robert Bunzen ilə birlikdə spektral analizin əsasını qoymuş, 1860-cı ildə sezium və 1861-ci ildə rubidiumu kəşf etmişdir. O, 1860-cı ildə spektrlərin tərsinə çevrilməsi qaydasını qurmuş və Günəşin spektrində Fraunhofer xətlərinin görünüşünü izah etmiş, onun atmosferinin kimyəvi tərkibini təyin etməyə cəhd göstərmişdir.

Əsərləri

Vorlesungen über mathematische Physik. 4 vols., B. G. Teubner, Leipzig 1876–1894. Vol. 1: Mechanik. 1. Auflage, B. G. Teubner, Leipzig 1876 (online). Vol. 2: Mathematische Optik. B. G. Teubner, Leipzig 1891 (Herausgegeben von Kurt Hensel, online). Vol. 3: Electricität und Magnetismus. B. G. Teubner, Leipzig 1891 (Herausgegeben von Max Planck, online). Vol. 4: Theorie der Wärme. B. G. Teubner, Leipzig 1894, Herausgegeben von Max Planck

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Kimyəvi element kəşf edənlər Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:Berlin Humboldt Universitetinin müəllimləri Kateqoriya:Almaniya fizikləri