Göyçay şəhər stadionu — Azərbaycanın Göyçay şəhərində yerləşən futbol stadionu.
Tarixi 1976-cı ildə istifadəyə verilmiş Göyçay şəhər stadionu 40 ildən sonra, 2016-cı ildə yenidən əsaslı təmir edilib. Ümumi ərazisi 6 hektar olan stadionda 2500 yerlik oturacaq quraşdırılıb, 10 min kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 220 paqonmetr əraziyə bardür düzülüb, 450 kvadratmetr hasar çəkilib, 380 kvadratmetr sahəyə yaşıl çəmən salınıb. Stadionun giriş qapıları yeni müasir qapılarla əvəzlənib və stadionda monitor quraşdırılıb. Ən son olaraq stadionda ev oyunlarını AzNar FK keçirib.
İstinadlar