II Vasili Vulqarokton (; ) — Makedonlar sülaləsindən olan Bizans imperatoru, imperator II Romanın oğlu və I İohann Simiskinin varisi. O, VIII Konstantin ilə həmimperator olmuşdur. II Vasili imperiyanı çoxsaylı rəqiblərdən qorumaq üçün aparmağa məcbur olduğu müharibələrlə tanınır. O, imperator III Ottona, Beneventonun lanqobard hersoqlarına və slavyanlara, xüsusən də bulqarlara qarşı mübarizə aparmışdır. Sonunculara qarşı müharibə hər iki tərəfin vəhşilikləri ilə müşayiət olunurdu.
Həyatı Vasili Kiçik Asiyada feodal aristokratiyasının iki üsyanını, Sklir və Varda Fokanın üsyanlarını yatırtmışdır. Bundan sonra onun daxili siyasətinin əsas vəzifəsi kəndli torpaq mülkiyyətini gücləndirmək idi. Bu, bir tərəfdən, fərdi terror, böyük zadəganların həbsi və onların torpaqlarının müsadirə edilməsi, digər tərəfdən isə kəndli mülkədarlığının müdafiəsi ilə bağlı qanunvericiliklə əldə edilmişdir. İmperiyanın ərazisinin genişlənməsi ilə yanaşı, onun regional əhəmiyyəti də yüksəlmişdir. II Vasili bulqarlara qarşı apardığı müharibənin dəhşətinə görə tanınır. O, bir dəfə 15 min bulqarı əsir götürərək, onların hamısının kor edilməsini əmr etmişdir. Üç qanlı müharibədən sonra bulqar dövləti Bizansın vilayətinə çevrilmişdir. 999-cu ildə Ermənistanın yarısı imperiyaya birləşdirilmiş, digər yarısından isə vassal dövlət yaradılmışdır. Xristianlığı qəbul edən və imperatorun bacısı ilə evlənən Kiyev knyazı Vladimir ilə ittifaq xüsusilə vacib məqam hesab edilir. Bu birlik Bizansa Kiyev dövlətinin cənubunda müstəmləkəçiliyi və ticarəti genişləndirməyə imkan vermişdir. Vasilinin hakimiyyəti Bizansın ən yüksək çiçəklənmə mərhələsini, dövlətin Aralıq dənizi və Yaxın Şərq ticarətində üstünlük təşkil etdiyi dövrü təşkil edir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Riccardi, Lorenzo, «Un altro cielo»: l'imperatore Basilio II e le arti, in "Rivista dell'Istituto Nazionale di Archeologia e Storia dell'Arte", 61 (III serie, XXIX), 2006 (ISSN 0392-5285), pp. 103–146. Riccardi, Lorenzo, Observations on Basil II as Patron of the Arts, in Actual Problems of Theory and History of Art, I, Collection of articles. Materials of the Conference of Young Specialists (St. Petersburg State University, 1–5 December 2010), St. Petersburg 2011 (), pp. 39–45.
Kateqoriya:II Vasili Vulqarokton Kateqoriya:Bizans imperatorları Kateqoriya:Makedonlar sülaləsi